Yuxarı

AXCP sədrindən Gəncə hadisələrinə münasibət: "Dövlətə qarşı üsyan yolverilməzdir”

AXCP sədrindən Gəncə hadisələrinə münasibət:

"Gəncədə polislərin öldürülməsi ilə nəticələnən iğtişaşları qınayır və pisləyirəm. Öldürülən polis əməkdaşlarının ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bu xəbər məni üzdü və dövlətə qarşı bu tip üsyanı qəbul etmədiyimi bəyan edirəm”. 

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev ötən gün Gəncədə iki polisin həlak olması ilə nəticələnən hadisələrə münasibət bildirərkən deyib. 

R.Nurullayev qeyd edib ki, heç bir ölkədə hökumət təmsilçilərinə qarşı silahlı müqavimət müsbət dəyişikliyə gətirib çıxarmayıb: "Əksinə, ölkələri daha bərbad günə qoymaqla bərabər, on minlərlə günahsız insanın ölümünə səbəb olub. Xalqımızı təmkinli olmağa, qanunsuz hərəkətlərdən çəkinməyə çağırıram. Dünyanın bütün ölkələrində dövlət, hökumət təmsilçisinə zor tətbiq etmək, öldürmək bağışlanılmaz günah və  qanun pozuntusudur.

Siyasi və digər müstəvilərdə aparılan mübarizələr dinc olmalıdır. Dövlətə qarşı üsyan yolverilməzdir. Hökumətlər gəlir və gedir, amma dövlət qalır. Biz dövlətimizin yıxılmasına göz yuma və seyrçi qala bilmərik. Dövlətimizi qoruyaq və imkan verməyək ki, xarici düşmən qüvvələr ölkəmizi məhvə sürükləsin”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları