Yuxarı

"Sizin hərəkətləriniz birbaşa Prezidentə qarşı yönəlib!”

"Bu məsələ ilə dövlət başçısı İlham Əliyevin birbaşa maraqlanmasını istəyirəm. Cünki rayonlarda yeni narazılıqlar yetişməkdədir. Sadəcə bir nümunə. Masallı rayonunda yaşlı atam ağır vəziyyətdə xəstə yatır. İşıqlar gündə bir neçə dəfə söndürülür. Hətta gecə saat 1-3 arası belə söndürürlər. Əslində, bu nümunədir. Bütün əyalət rayonları bu vəziyyətdədir”. 

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib.

Partiya sədri bldirib ki, insanlar çətin vəziyyətdədir: "Kondisioneri işlətməyə işığın gücü çatmır. İnsanlar ventilyatorla birtəhər keçinirlər. İnanın ki, bu vəziyyətə görə nə qədər xəstə, nə qədər yaşlı adam vaxtından tez dünyasını dəyişib. Bu qədər özbaşınalıq olmaz.

Zəng edəndə deyirlər ki, ölkəboyu kabelləşmə gedir deyə işqıları söndürürlər. Belə çıxır ki, bir kəndin kabelini çəkmək üçün ondan sonra yerləşən onlarla kənd də qurban verilməlidir. Zamanında basıb yeymisiniz, kağız üzərində hər yaşayış məntəqəsinin xətlərini ayrı-ayrı göstərmisiniz, heç olmasa, məntiqlə hərkət edin. Gedin kabelləşməni axırıncı kənddən başlayın, ay düşmənlər!”

AXCP sədri aidiyyatı qurumlardan cavab tələb edib: "Xahiş yox, tələb edirəm. Siz vəzifədə xalqa xidmət üçün oturmusunuz. Siz kimsiniz ki? Sizdən min dəfə qabiliyyətli və qanacaqlı adamlar əlinizin altında nökər işləyir və gündə min kərə onları da təhqir edirsiniz! Ayılın və ağlınızı başınıza toplayın! Sizin hərəkətləriniz birbaşa Prezidentə qarşı yönəlib!”

Xəzər





Həftənin ən çox oxunanları