"Təkcə onları tənqid edənləri yox, onlara hər gün şer yazmayanları da qınayardılar" “Ağ blok”-un üzvü, “Məmməd Əmin Rəsulzadə”çilər (MER) Gənclər Hərəkatının təbliğat işləri üzrə sədr müavni Elçin Aztürkə facebookdakı aktivliyinə görə təzyiqlər var. Bunu cebhe.info-ya açıqlamasında Elçin Aztürk özü deyib. Onun sözlərinə görə, “like” etdiyi və şərh bildirdiyi yazılara görə AXCP-nin Əli Kərimli qanadından olan fəallar tərəfindən təhqirlərə məruz qalır. E.Aztürk facebookda yazıb: “Məni qınayırlar ki, niyə YAP hakimiyyətindən çox Əli Kərimli və onu dəstəkləyənləri tənqid edirəm.Bunları tənqid etməyəsən, bəs nə edəsən? Əli Kərimlinin tərəfdarlarından biri məni ittiham edir ki, niyə Razi Nurullayev və onun yaratdığı yeni təşkilatla bağlı yazılan statusları “like” edirsən. Bunlara deməyə adamın sözü qalmır artıq. Bu, gülməli yox, ağlamalıdır. Bunlar yaxşı ki, hakimiyyətdə deyillər, yoxsa adamı güllələyərdilər.Bunların diktatorluğu Şimali Koreyada da yoxdur. Bu tip insanlar hakimiyyətə qarşı mübarizə aparmır, əksinə olaraq,YAP-ın ölənlərinə rəhmət oxutdururlar” Cebhe.info-ya müsahibə verən Elçin Aztürk məsələyə bir az da aydınlıq gətirib. -Elçin bəy, sizin “facebook”da yazdığınız statusla tanış olduq. Bu status konkret olaraq kimə ünvanlanıb? - Mən bir müddət olardı ki, facebookdan istifadə etmirdim. Bu yaxınlarda facebookda öz səhifəmə daxil oldum və gördüm ki, məni, Rüfət Əliyevi, Kərim Kərimlini Zöhrab adlı facebook istifadəçisi “tağ” edib qınayır.O, bu yaxınlarda Əli Kərimlinin müşaviri Məmməd İbrahimin partiyanın digər narazı qanadının, AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin (EQTK) Nərimanov şöbəsinin Ali Məclis üzvü Mikayıl Quliyevi döymədiyini, qarşı tərəfin onu şərlədiyini bildirib. Bildirir ki, Razi Nurullayevi dəstəkləyən insanların yazdığı statusları niyə bəyənirsiniz? Mən bildirdim ki, biz Razi Nurullayevi dəstəkləyirik, o, Əli Kərimlinin diktaturasına qarşı çıxan ləyaqətli insandı. Bundan başqa mən nəinki R.Nurullayevin bütün partiya üzvlərinin, hətta YAP-çıların da yazdıqlarını “like” edirəm. Burda qeyri-adi heç nə yoxdu. Biz əgər demokratiyadan danışırıqsa, sivil cəmiyyət qurmaq istəyiriksə, bu cür radikal olmaq kimə və nəyə lazımdı. Məni qınayırlar ki, niyə YAP-dan çox Əli Kərimlini tənqid edirsən. Mən YAP-nı o qədər tənqid etmişəm, mənə heç kim təzyiq göstərməyib. Ancaq mən Əli Kərimliyə qarşı çıxanların yazdığı statusu “like” etmişəm, mənə irad bildirirlər. -Əli Kərimli hakimiyyətdə olsaydı, ölkənin durumu necə olardı? -Əli Kərimli hakimiyyətdə olsaydı, nəinki onları tənqid edənləri, hətta onlara hər gün mədhiyyə yazmayanlara belə təzyiq göstərərdilər. Onlarda olan diktatorluq Şimali Koreyada yoxdu. Şimali Koreyada prezident 90 faizlə seçilir, Əli Kərimli 99 faizlə sədr olur. Əli Kərimli hakimiyyətdə olsaydı, ölkə bundanda pis vəziyyətdə olardı. Əli Kərimli şəxsi manafeyini güdən insandı. Onun üçün milli maraqlar önəmli deyil. 20 ilə yaxın bir vaxda sədr olan Əli Kərimli hələ adicə partiya sədrliyini heç kimə vermir, o ki qaldı hakimiyyəti kiməsə versin. -Məmməd Əmin Rəsulzadə Gənclər Hərəkatını yaratmaq ideyası hardan qaynaqlandı? -Məmməd Əmin Rəsulzadə Gənclər Hərəkatının yaranmasının əsas səbəbi müxalif siyasi partiyalarda gənclərə yer ayrılması, təzyiqlər göstərilməsi bir çox hallarda partiya sıralarına qəbul olunmamasıdı. Biz də qərar verdik və bir hərəkat yaratdıq. Zaman keçdikcə, bu hərəkat böyüdü. Bir çox rayonlarda özəklərinin yaratdıq. Əvvəl biz üzv axtarırdıqsa, indi bizi axtarıb tapıb, üzv olmaq istəyirlər.Yenicə yaranmış olsaqda, hədəflərimiz böyükdür. Mən demirəm ki, bir-iki ilə nəsə edəcəyik. Ancaq böyük alovlar kiçik qığılcımlardan yaranır.Biz Azərbaycanın gələcəyiyik. Azərbaycan tarixindəMəmməd Əmin Rəsulzadə Gənclər Hərəkatının adı qızıl hərflərlə yazılacaq. Vilayət Muxtar
- Ana səhifə
- Siyasət
- Elçin Aztürk: “Əli Kərimlidə olan diktatorluq heç Şimali Koreyada da yoxdur"
Elçin Aztürk: “Əli Kərimlidə olan diktatorluq heç Şimali Koreyada da yoxdur"
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi