Yuxarı

Seçkiyə getməyən partiyalar: Kimlər tərəddüddədir?

Seçkiyə getməyən partiyalar: Kimlər tərəddüddədir?


2020-ci ilin 9 fevralında Milli Məclisə növbədənkənar parlament seçkiləri keçiriləcək. Cebhe.info xəbər verir ki, növbədənkənar seçkilərdə iştirak edəcək siyasi partiyalardan bir çoxu artıq bununla bağlı qərarını açıqlayıb. Seçkilərə getməyən və hələlik mövqeyini açıqlamayan siyasi təşkilatlar da var. İlk olaraq seçkilərdə iştirak etməyəcəyini Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd” və Milli Şura açıqlayıb.

Milli Şura dekabrın 9-da keçirdiyi toplantısında gələn il keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərini boykot haqqında qərar qəbul edib.

Azad Demokratlar Partiyası da növbədənkənar seçkilərdə iştirak etməcək. Elçibəy hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, tanınmış analitik Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının Ali Məclisinin şənbə günü keçirilən toplantısında seçkidə iştirak etməmək haqda qərar qəbul edilib.

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş nazir Pənah Hüseyn 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. P.Hüseyn bununla bağlı özü açıqlama verib və qərarının qəti olduğunu bildirib.

Vətəndaş və İnkişaf Partiyası (VİP) hələ də yekun qərara gəlməyən siyasi təşkilatlardandır. Partiya sədri Əli Əliyev ötən həftə verdiyi açıqlamada yekun qərarın 15 dekabrda veriləcəyini bildirmişdi. Amma Partiyanın İcra Aparatının rəhbəri Ramil Hüseynov Cebhe.info-ya açıqlamasında 15 dekabrda baş tutan iclasda qərar qəbul edilmədiyini, növbəti iclasın 21 dekabra təyin edildiyini deyib.

Aydınlar Partiyası da hələlik müzakirə porsesindədir. Partiyanın sədri Qulamhüseyn Əlibəyli hazırda partiyanın seçkilərdə iştirak edib-etməyəcəyini müzakirə etdiklərini deyib.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) da seçkilərə getməməklə bağlı qərar verib. KXCP bu haqda 15 dekabrda Ali Məclisinin iclasında qərar qəbul edib. Ali Məclis 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı məqsədəuyğun hesab etməyib.

Vilayət Muxtar

 





Həftənin ən çox oxunanları