Yuxarı

İlhamiyə Rzayeva: "Xalqın gözü tərəzidir"

İlhamiyə Rzayeva:

[caption id="attachment_958" align="alignleft" width="377"]ilhamiyye   İlhamiyə Rzayeva:"Xalqın gözü tərəzidir"[/caption] "Sənin layiqli namizəd olduğunu görmək üçün, kimlərinsə pis olduğunu göstərməyə ehtiyac yoxdur" Noyabrın 1-də Azərbaycan Milli Məclisinə seçkilərdə deputat olmaq istəyənlərin bir çoxu Dairə Seçki Komissiyalarında öz namizədliklərini təsdiqləyiblər. Seçilmək uğrunda mübarizədə  siyasətçilərlə yanaşı media nümayəndələri də iştirak edir. Namizədliyini irəli sürən şəxslərdən biri də "125”-lər siyasi klubunun sədri, tanınmış jurnalist İlhamiyyə Rzayevadır. 17 saylı Yasamal rayon 3-cü seçki dairəsindən namizədliyini irəli sürən İlhamiyyə Rzayeva “Cumhuriyət” qəzetinin suallarını cavablandırır. - İlhamiyyə xanım, seçki prosesinə qatılmısız... Hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiz? - Ölkədə ictimai-siyasi mühit qənaətbəxş deyil. Siyasi proselər ləng gedir, siyasi mübarizədən söhbət belə gedə bilməz. Müxalifət iqtidar dialoqu demirəm, heç opponentliyi belə müşahidə olunmur. Seşkiqabağı mühit çox sakit və durğundur. Bu ümumilikdə seçkiyə olan inamsızlığın göstəricisidir. İctimai-siyasi fəaliyyətdə olanlar, hazırki millət vəkilləri və ümumiyyətlə seçkiyə qatılan insanlar 5 il müddətində itirib axtarmadıqları seçiciləri indi seçkiöncəsi yada salanada belə bir mühitin olacağını asanlıqla proqnozlaşdırmaq olardı. Vətəndaş özünü ölkənin siyasi-ictimai həyatına cəlb olunmuş hesab etmir. Əksinə 5 ildə bir dəfə yada düşən və yalnız səs vermək üçün lazım olan bir statistik vətəndaş hesab edilər. Beləliklə də özünü istifadə edilmiş, kullanılmış hesab edir. Bu çox acı mənzərədir. - Ölkədəki seçki mühiti haqda çoxlu fikir ayrılıqları var... - Ümumiləşdirmələrlə danışmaq istəməzdim. Yalnız gördüklərimə və müşahidə etdiklərimə əsaslanaraq deyim ki, namizədliyimi irəli sürdükddən üzü bu yana, qeydiyyata alınmağıma qədər heç bir maneə ilə rastlaşmamışam. Mənzərəni tamamilə qiymətləndirmək yalnız proses bitəndən sonra mümkündür. Əlbəttə, tanıdığım namizədlər arasında manelərlə üzləşənlər var. Lakin hesab edirəm ki, bu prosedurla bağlıdır. Sonradan şikayətlərlə öz haqlarını bərpa ediblər. Mənim namizəd olduğum dairədən rəqiblərimin sayı kifayət qədərdir, çox da rəngarəng namizədlərdir. - Sizcə, qadının Azərbaycan siyasətində uğur qazanması çətin deyil ki? Bu seçkidə hansı çətinliklərlə üzləşməkdən ehtiyat edirsiniz? - Azərbaycan mühitində qadın olmağın nə qədər çətin olması barədə mühakimə yürütməzdən öncə, ölkədə qərar qəbul etmə prosesində, rəhbər vəzifələrdə gender balansına diqqət yetirmək kifayətdir.Əlbəttə ki, qadın təmsilçiliyi çox azdır. Amma istər əvvəllər telejurnalistika fəaliyyətim dövründə, istərsə də sonradan məhz qadın olduğum üçün heç bir çətinlik yaşamamaışam. Bəlkə iddialarım da elə böyük olmayıb, nə bilim. Əlbəttə çətinliklərim olub, ancaq bu, qadın olmağımla bağlı olmayıb. Hazırda Milli Məclisə iddialıyam. Etiraf edək ki, parlamentin özündə də az çox tanınan və fəaliyyətləri ilə seçilən millət vəkilləri məhz qadınlardır. Dediyim odur ki, əsas kəmiyyət yox, keyfiyyətdir. Qadınlar həmişə keyfiyyət göstəricisi olublar. Düşünürəm ki, parlament fəaliyyətində keyfiyyət dəyişkənliyini arzulayanlar seçkilərdə məhz qadınlara səs verməlidirlər. Əlbəttə ki, layiqli namizədlərə. Sadəcə qadın olduqlarına görə deyil, məhz layiq olanlara. - Gələcəkdə 125-lər siyasi klubu siyasi partiyaya çevrilərsə, siz bu partiyada qalacaqsınızmı? - Bunu gələcək göstərər. Amma bu barədə düşünürəm. Bütün hallarda, klub ya partiya, istənilən formatda fəaliyyətini davam etdirsə də, məzmun etibarilə ciddi dəyişkənlik olmayacaq. Əsas məqsədi ölkənin qanunvericilik strukturuna iddialı olan şəxslərin təşkilatlanıb hədəfə doğru getməsinə, ictimai proseslərdə fəal iştirakına yönəlik olacaq. - Ötən seçki debatlarında namizədlər arasında təhqir, söyüş və bir sıra xoşagəlməz hallar oldu. Özünüzü rəqiblərinizin bu cür çıxışlarına hazırlamısızmı? - Mən belə hallara niyə hazırlaşmalıyam ki, təhqiri haqq etməmişəm, əksinə, bu günədək hər yerdə özümə qarşı rəğbət görmüşəm. Öz seçki platformamı da rəqiblərimin, opponentlərimin tənqidi üzərində qurmamışam. Sənin layiqli namizəd olduğunu görmək üçün, kimlərinsə pis olduğunu göstərməyə ehtiyac yoxdur. Xalqın gözü tərəzidir. - İlhamiyyə xanım, rəqiblərinizi tanıdığınızı dediniz... Şansınızı necə qiymətləndirirsiz? - Bir qismini tanıyıram, artıq qeydiyyatdan keçənlər var, iddialı olanlar var. Öz şanslarımı çox yüksək qiymətləndirirəm. Seçicilər məni tanıyırlar, özü də yaxşı yöndən. Rəğbətləri və sevgiləri var. Vaxtilə fəaliyyətim onların gözü qarşısında olub. Özləri mühakimə yürüdə bilərlər. İllərlə efirdən telejurnalist olaraq məhz onların maraqlarına qulluq etdiyimin şahidi olublar. Halbuki, ucuz populyarlıq qazanmaq üçün bütün hadisələrin mərkəzinə özümü də qoya bilərdim, necə ki, bir çox hallarda bu baş verir. İşlədiyim dövrdə ən böyük nailiyyətim onların maraq və gözləntilərini doğrultmaq olub. İnanıram ki, buna da nail olmuşam, ən böyük qazancım da bu olub. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları