Yuxarı

Razi Nurullayevə seçici dəstəyi: Deputatlığa namizəd kəndlərdə görüş keçirir - FOTOLAR

Razi Nurullayevə seçici dəstəyi: Deputatlığa namizəd kəndlərdə görüş keçirir - FOTOLAR

Razi Nurullayevə seçici dəstəyi: Deputatlığa namizəd kəndlərdə görüş keçirir - FOTOLAR

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayev seçkiqabağı təşviqat kampaniyasını davam etdirir.

Cebhe.info xəbər verir ki, R.Nurullayev yanvarın 31-də Kürdmahmudlu və Xəlifəli kəndində seçicilərlə görüşüb.

Mirdamət Sarıyev: "O, elimizin adamıdır”

Görüşdə çıxış edən rayonun nüfuzlu ağsaqqallarından biri Mirdamət Sarıyev Razi Nurullayevin deputatlığa layiqli namizəd olduğunu, bu dairə ərazisində yaşayan seçicilərin ona dəstək verəcəyini bildirib: "Sizin hər biriniz Razi Nurullayevi yaxından tanıyırsınız, kim olduğunu bilirsiniz. Ona görə də bu haqda çox danışmıram. Razi Nurullayev Milli Məclisə namizədliyini irəli sürüb. Razi Nurullayev bizim şərəfimizdir, elimizin, obamızın adamıdır. Bizim kənddən deputatlığa namizəd olan olmamışdı. Bu gün sevinirik və Razi Nurullayevi alqışlayırıq. Gəlin birlikdə hamımız möhkəm olaq, qardaşlaşaq və Razi Nurullayevə səs verək. Sizin hər birinizi Razi Nurullayevə səs verməyə dəvət edirəm. Seçkilərə sayılı günlər qalıb. Qısa müddət sonra sizin verdiyiniz səslə Razi Nurullayev Milli Məclisə deputat seçiləcək”.

Rəfail Becanov: "Hər birinizin səsi olacağına inanıram”

"Cümhuriyət” qəzeti, Cebhe.info xəbər portalının rəhbəri Rəfail Becanov hər kəsi seçkilərdə iştiraka və Razi Nurullayevə səs verməyə çağırıb: "Mənim üçün danışmaq ona görə çətindir ki, Razi Nurullayevi hər biriniz daha yaxşı tanıyırsınız. Razi Nurullayev sizin bu eldən, obadan çıxıb, özünü sizə və cəmiyyətə çox gözəl tanıdıb. Ona görə də sizin hər birinizi alqışlayıram, salam olsun deyirəm. Razi Nurullayev sizin vəkiliniz olmaq üçün gəlib. İnanıram ki, o, doğrudan da sizin səsiniz olacaq. Mən Razi Nurullayevi 1991-ci ildən tanıyıram. Öz sözünü, haqqı deyən, haqqın uğrunda sona qədər gedəninsandır. Fevralın 9-da sandıq başına getsəniz və Razi Nurullayevə səs versəniz, hər birinizin səsi olacağına inanıram. Bəzən deyirlər ki, deputat yol çəkəndir, qaz çəkəndir, sosial problemləri həll edəndir. Deputat o işləri görmək üçün deyil. Deputat sizin hüquqlarınızı qoruyandır, səsinizdir, sizinlə birlikdə həmin yerdə olandır, dövləti dövlət edən vətəndaşdır. Siz həmin o vətəndaşlarsınız ki, dövlət sizin çiyninizdə dayanıb. Deputat da sizin hüquqlarınızı qorumalıdır ki, dövlət güclü olsun. İnanıram ki, siz Razi Nurullayevə dəstək olacaqsınızsa, o seçiləcək və dövlətimiz də uca olacaq”.

Razi Nurullayev: "Vacib olan səmimiyyətdir, deputatın insanlarla iç-içə olmasıdır”

Deputatlığa namizəd Razi Nurullayev çıxışında seçicilərə seçki platformasında göstərdiyi məsələləri yerinə yetirəcəyinə söz verib: "Çox hörmətli həmkəndlilərim, mən fəxr edirəm ki, bu şoran torpaqdan çıxmışam, böyümüşəm. Mən fəxr edirəm ki, elə bu şoran torpaqda doğulan, əzab-əziyyətə, məşəqqətə qatlaşan, mənliyini qoruyan, böyüklüyünü saxlayan həmkəndlilərim, həmyerlilərim var. Mən sizinlə fəxr edirəm. İndiki durumda özümlə fəxr edə bilmərəm, sizinlə fəxr edirəm ki, siz məni zəfərə apara bilərsiniz. Siz olmasanız, mən də bir namizəd, vətəndaş kimi heçəm. Var olasınız, həmişə uca olasınız”.

Razi Nurullayev çıxışının davamında İmişlinin problemlərindən danışıb. Ədalətsizliklərə, vətəndaşların incidilməsinə toxunan deputatlığa namizəd seçicilərinin hüquqlarını qoruyacağına söz verib. 9 bənddən ibarət olan seçki platformasını həyata keçirəcəyini deyib: "Vacib olan səmimiyyətdir, deputatın insanlarla iç-içə olmasıdır. Mən dostlarımı, yoldaşlarımı dəyişməmişəm, bundan sonra da dəyişməyəcəyəm. Onun üçün də sizdən təvəqqəm odur ki, bir səs verməklə kifayətlənməyin, hər zaman mənim yanımda dayanın. Mən bunu istəyirəm”.

Görüşdə iştirak edən Kürdmahmudlu seçiciləri də çıxış edərək Razi Nurullayevə dəstək olacaqlarını deyiblər.

Razi Nurullayevə müəllimlərindən dəstək

Razi Nurullayev daha sonra Xəlfəli kəndində seçicilərlə görüşüb. Deputatlığa namizəd mövcud sosial problemlərdən və həlli yollarından danışıb: "Əziz xəlfəlilər, mən bu kənddə doğulub böyümüşəm, məktəbə getmişəm. Bura mənim üçün çox doğmadır, unudulmazdır. Mən istəyirəm ki, hər bir vətəndaşnormal əməkhaqqı alsın, yaxşı dolansın, dövlətdən dəstək alsın. Bunun üçün artıq 3 ildən çoxdur ki, "uşaq pulu”nun verilməsi ilə bağlı mübarizə aparmışam. Bu gün həm Azərbaycan parlamentinin, həm hökumətin, həm də mətbuatın gündəmində "uşaq pulu” məsələsi var. 9 bəndlik seçki platformamın da ilk bəndi məhz "uşaq pulu”dur. Əgər Azərbaycan övladları bu torpaq uğrunda ölməyə hazırdırsa, şəhid verirsə, bu dövlət onların mənəvi atasıdırsa, bunu onlara həm də maddi dəstək olmaqla göstərməlidir. Mən sizin dayanığınız olmaq üçün bu yola çıxmışam. Səlahiyyətim, imkanlarım daxilində hər bir ailənin oğlu olmağa çalışacağam. Çalışacağam ki, sizin qarşınızda peşmanlıq keçirməyim”.

Razi Nurullayev bildirib ki, kəndin qaz problemi ilə bağlı rayon rəhbərliyi və aidiyyatı qurumlarla danışıb:"Artıq mənə deyiblər ki, qaz problemi həll olunacaq. Kürdmahmudlu, Xəlfəli və Hacıalmuradlı kəndləri qazlaşdırılacaq”.

Daha sonra Razi Nurullayevin müəllimləri çıxış edərək ona uğurlar arzulayıb, xəlfəliləri ona səs verməyə çağırıblar.

Bu görüşdə də iştirak edən Rəfail Becanov 1991-ci ildən tanıdığı Razi Nurullayevi əxlaqlı və dürüst insan kimi xarakterizə edib: "Razi Nurullayevin bu kəndə böyüyüb, oxuyub. Bu, o deməkdir ki, Razi Nurullayevin əxlaqı həm də bir kəndin, rayonun əxlaqıdır. Ona görə də əxlaqlı adam heç vaxt haqdan kənar olmaz, haqqın yayında olar. Siz də əgər uşaqlığı sizin yanınızda keçən Razi Nurullayevi seçərsinizsə, deməli, siz öz haqqınızı qoruyacaqsınız”

Vilayət Muxtar
Cebhe.info