Yuxarı

Güneyə qarşı "kürd kartı”: Rejimin iğtişaş planı

Güneyə qarşı

Güneyə qarşı


İran hakimiyyəti yenə də Güney Azərbaycan türklərinə qarşı "kürd kartını” işə salır.

Belə ki, 90-cı illərdən Qərbi Azərbaycan şəhərləri olan Urmiya, Xoy, Maku və digərlərində kürdləşdirmə siyasəti yürüdən İran, indi də türk-kürd etnik qarşıdurması yaratmağa çalışır.

Belə ki, iyulun 16-da mühacir kürdlər Qərbi Azərbaycan əyalətinin Urmiya vilayətində yerləşən "Buz Sinə” adını kürdləşdiriblər.

Dağda üzərində kürdcə yazılar olan lövhə yerləşdirilib.Lövhədə Azərbaycanın turistik məkanlarından olan yerin adı "Boze-Sina” şəklində təhrif edilib.
M

Maraqlıdır, İranın bu addımının arxasında nələr gizlənib?

"Kürdlər bölgəyə Hindistandan gəlmədir”

Məsələyə münasibət bildirən "Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, rəsmi Tehranın yürütdüyü siyasətin məqsədi Qərbi Azərbaycan əyalətlərində kürd dövləti yaradıb, həmin ərazilərin əlaqəsini qardaş Türkiyə ilə kəsməkdir:

"Kürdlərin Urmiyadakı dəqiq sayı ilə bağlı söz demək olmur. Çünki İranda əhali etnik tərkibinə görə siyahıya alınmır.Əsasən təriqət və iranlı kimi qeydə alınır.İran, Türkiyə sərhədindən İraqa qədər olan olan Qərbi Azərbaycan ərazilərində kürdləşmə siyasəti aparır. Bura Maku, Xoy, Urmiya, Nəğədə və başqa şəhərlər daxildir. Əvvəl bu şəhərlərdəki Azərbaycan türklərinin evləri, həyətyanı sahələri ucuz qiymətə kürdlər tərəfindən alınırdı.Beləliklə, Azərbaycan türklərini o ərazilərdən mədəni şəkildə köçürdürdülər.Bu məsələdə İran hakimiyyəti kürdlərə maliyyə dəstəyi verirdi.İran hakimiyyəti uzun müddət Türkiyəyə qarşı PKK ilə əlbir işləyib.İran qaçaqmalçılıq işlərində PKK-ya dəstək olurdu.Ordan həm PKK, həm də İran qazandı.Bu qazanılan pulların hesabına kürdlər Qərbi Azərbaycan ərazilərinə köçürüldülər.Burda başqa bir məqsəd də var. Məsələn, Ermənistan adlı dövlət yaradıldı ki, Şimali Azərbaycanla Türkiyə arasında birbaşa gediş-gəliş ərazisi daralsın.

Növbəti hədəf də Türkiyə ilə Güney Azərbaycan arasında kürdləri yerləşdirməyə çalışırlar ki, əlaqələr kəsilsin.Yəni Türkiyə ilə Cənubi Azərbaycan arasında kürd zolağı yaradırlar.Hər ikisi, yəni həm kürd, həm də erməni zolağı Türkiyəyə və Azərbaycana qarşıdır.Kürdlərin bu ideyası da ermənilərinkinə oxşayır.Ermənilər dənizdən-dənizə deyə "Böyük Ermənistan” xülyası ilə yaşayırdılar.Çünki bu məsələdə onlara dəstək verən, havadarlıq edən böyük dövlətlər- Çar Rusiyası, Fransa olub.Kürdlərin də hazırkı ideyasını dəstəkləyənlərdən biri də ermənilər, Türkiyəni sevməyənlər və Güney Azərbaycan fəallarına qarşı çıxanlardır.Kürdlərin də "Böyük Kürdüstan” ideyası var. Bu ideyanı "Kordestani-Mokrıyan” adlı kitablarında da əks etdiriblər.Hədəfləri guya onların dörd ölkədə olan torpaqlarını birləşdirməkdir.Əslində isə, dörd ölkədə kürdün heç bir torpağı yoxdur.Kürdlər bölgəyə Hindistandan gəlmədir.Onlar da ermənilər kimi, gəldikləri ərazilərdə hökmdarların, zəngin şəxslərin təsərrüfat və mal-qara işləri ilə məşğul olublar.Sonradan kürdlərin beyninə dövlət ideyasını saldılar.Onlar böyüdülər, xaricdə toplaşdılar və dövlət yaratmaq qərarına gəldilər.Eyni ilə ermənilər kimi.Bu PKK-çılar da özlərini böyük sanıb türklərə qarşı mübarizə aparmağa başladılar.Onlar eyni zamanda Suriyaya və İrana qarşı da mübarizə aparmağa başladılar. Onda sual olunur: Dörd dövlətə qarşı bir kiçik PKK təkbaşına necə mübarizə apara bilər? Təbii ki, bunun xaricdən dəstəkləyicisi var. Onu dəstəkləyənlərin məqsədi isə türklər arasında "bariyer" formalı sözəbaxan dövlət yaratmaqdır.Necə ki, bu gün Ermənistan Rusyanın sözündən çıxmır”.

"Türk-kürd ədavəti iğtişaşa səbəb ola bilər”

Ekspert hesab edir ki, bu sözəbaxan dövləti yaratmaqda məqsəd bölgədəki 4 ölkəyə qarşı ondan istifadə etməkdir:

"PKK-nı ən çox Amerika dəstəkləyir. Bundan başqa Rusiya, İran da bunların dəstəkləyicisidir.Rusiya PKK-nı terrorçu təşkilat kimi tanımır.Hətta Türkiyənin PKK-ya qarşı Suriyada apardığı antiterror əməliyyatlarına qarşı çıxırlar. Hazırda da koronavirus və digər səbəblərdən bölgədə yaranmış boşluqdan istifadə edən fars rejimi kürd-türk qarşıdurması yaratmağa çalışır. Çünki türklərlə kürdlər arasında qarşıdurma yaranarsa, Tehran hakimiyyəti unudulacaq və İran ədalətli hakim qismində ortaya çıxacaq. Həm Kürdüstan Milli Hərəkatının, həm də Azərbaycan Milli Hərəkatının əsas məqsədi təmsil etdikləri etnik qrupun milli haqlarının təmin olunmasıdır. Ona görə də Urmiyada "Buz Sinə” dağının adını təhrif edərək "Boze-Sina” kimi təqdim edilməsi istər kürdlər, istərsə də İran hakimiyyəti tərəfindən olsun, ziyanlıdır. Bölgədə türk-kürd ədavəti qızışsa, bu ixtişaşa səbəb ola bilər”.

Əli Bədir