Yuxarı

Baş redaktor: "Ermənistan Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayıb”

Baş redaktor:

Baş redaktor:


"Ermənistanın Tovuz rayonu istiqamətindən hücumu və dünən Naxçıvanın Culfa və Şahbuz rayonları istiqamətində mövqelərimizə atəş açması atəşkəsin pozulması deyil. Bu fakt Azərbaycana qarşı təcavüz, müharibə başlatmaqdır. Çünki atəşkəs Qarabağ münaqişəsi ilə bağlı məsələdir. Digər ərazilərimizdən olan hücum isə Ermənistanın yeni təxribatı və müharibə cəhdidir”.

Cebhe.info xəbər verir ki, bunu "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov cəbhədə son hadisələrlə bağlı deyib.

"Təəssüf ki, ATƏT-in Minsk Qrupu, BMT, MDB susur. Faktiki olaraq, Ermənistan Azərbaycana elan olunmamış müharibəyə başlayıb. Eynən faşistlər kimi... Sərhədlərimizi pozmağa cəhd edir. Daxildə və xaricdə olan "5-ci kolon” isə təxribatla, informasiya təxribatıyla məşğuldur. Müqavimət və mübarizə alnımıza yazılıb...”, - deyə o bildirib.

Baş redaktor əlavə edib ki, Ermənistanın sələflərindən fərqlənməyən diktator baş naziri Paşinyan öz hakimiyyətini qorumaq, Ermənistandakı daxili inqilabi situasiyanı önləmək üçün müharibə taktikası seçir:

"Təcavüzkarın öz adı ilə çağırılmaması onlara ruh verir. Avropa İttifaqı, Avropa Şurası, ATƏT, BMT Ermənistana qarşı sanksiyalar haqqında qərar qəbul etməlidir. Çünki Ermənistanın döyüş başlatdığı ərazinin Qarabağa aidiyyatı yoxdur. Qarabağdan 100 km-lərlə uzaq bir ərazidə döyüş başlatmaq Azərbaycan torpaqlarına təcavüz, bir dövlətin başqa bir dövlətə qarşı elan edilməmiş müharibəsidir... Ermənistan atəşkəsi pozmayıb, Ermənistan Azərbaycana elan edilməmiş müharibə başladıb”.





Həftənin ən çox oxunanları