Yuxarı

Paşinyana qarşı "payız dalğası"

Paşinyana qarşı

Paşinyana qarşı "payız dalğası"


Ermənistanda Paşinyan hakimiyyətinə qarşı başlayan etirazlar hər gün daha da şiddətlənir.

Müxtəlif təbəqədən olan insanların Paşinyana qarşı etirazı və onun siyasətini pisləməsi Baş nazirin sonun yaxınlaşdırır.

Üstəlik, daxili etirazlarla yanaşı, Ermənistanı daim qanadları altında saxlayan Rusiyanın da Paşinyandan məmnun olmaması onun kürsüsünə təhlükə yaradır. Paşinyanın ictimaiyyətə verdiyi vədlərin boş olduğu görən xalq artıq Baş nazirin oyunlarına tab gətirə bilmir.

Anait Simonyan adlı bir etirazçı deyib ki, "Mən bu dövlətdən heç nə gözləmirəm. Baş nazir kreslosunda oturan adam xalqa qarşı diversiya ilə məşğuldur. Bu, adi etiraz aksiyasıdır.Ancaq onlar bizi tuturlar.Qoy tutsunlar, sonra nə olacaq?Axı xalq nə vaxtsa, yenə ayağa qalxacaq”.

Məsələyə münasibət bildirən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət”ə açıqlamasında deyib ki, "Paşinyanın payızı” yaxınlaşır:

"Paşinyanın hakimiyyətdə qalma limiti getdikcə azalır. Hakimiyyətə gələndə böyük vədlərlə gəlsə də, obyektiv və subyektiv səbəblərdən bu vədləri yerinə yetirmir.Bundan başqa da pandemiya Ermənistanı daha çox vurdu.Xəstələrin və ölənlərin sayı artdı.Paşinyan da məcbur qalıb başqa ölkələrdən kömək istədi.İş yerləri və müəssisələr qapanır.Bu da getdikcə ictimai narazılıqları artırır”.

Politoloq, Nikol Paşinyanın vəziyyətini gərginləşdirən digər faktorun güclənən müxalifət olduğunu da bildirib:

"Paşinyanın vəziyyətini gərginləşdirən həm də müxalifətin getdikcə güclənməsidir. Əsas rəqiblərindən biri Robert Koçaryan həbsdən buraxılıb.Bu fiqurlar Rusiyaya bağlıdır.Deməli, yaxın müddətdə bu iqtisadi və sosial problemlərin üzərinə Rusiyanın siyasətini də əlavə etsək, bu Paşinyana daha da ciddi problemlər yaradacaq. Çünki böyük ehtimalla Rusiya müxalifətə, yəni "Qarabağ klanı"na dəstəyini artıracaq. Payız ayları yaxınlaşdıqca Paşinyanın vəziyyəti daha da ağırlaşacaq.Doğrudur, onun reytinqi hələ ki, yüksək görünür.Yəni cəmiyyətdən müəyyən dəstəyi var. Amma cəmiyyətin ciddi problemləri həll olunmadıqca, bu dəstək getdikcə azalacaq.Nəticədə, Paşinyan özü necə hakimiyyətə inqilab yolu ilə gəlmişdisə, onu da əksinqilabla devirməyə çalışacaqlar”.

Ekspert hesab edir ki, Paşinyan korrupsiya ilə mübarizə adı altında öz rəqiblərini həbs edərək meydanda tək qalıb siyasi avtoritarizmi gücləndirir:

"Bu payızın Paşinyanın hakimiyyətdəki sonuncu payızı olacağını qəti demək çətindir. Heç vaxt "Heç vaxt” demək doğru deyil.Biz ehtimallarla danışırıq.Mən də ehtimalımı deyiəm ki, bu payız onun vəziyyəti ağırlaşacaq.Amma bu, o demək deyil ki, onun sonuncu payızı olacaq.Yəni hakimiyyətinə davam edə bilər.Lakin reytinqi çox azalacaq.Paşinyan hakimiyyətə gələrkən seçki keçirsə də ona qədər inqilab edib Sarkisyanı devirdi.

Ona qarşı olan güclər də eyni üsuldan istifadə edə bilər.Bugünkü etirazlar bir gün böyük dalğaya çevrilə bilər. O zaman qarşısını almaq mümkün olmayacaq. Əgər iş yerlərim qapanıb, işsizlərin sayı artarsa, etirazlar şiddətlənəcək. Bundan isə müxalifət, xüsusən də "Qarabağ klanı" yararlanmağa çalışacaq. Çünki "Qarabağ klanı" arxasında Rusiyanın dəstəyini hiss edir. Aksiyaları "körükləyən" bir səbəb də Paşinyanın bütün rəqiblərini korrupsiya ilə mübarizə adı altında həbs etdirməsidir. Doğrudur, o korrupsiya ilə mübarizə aparsa da, bütü rəqiblərini həbs etdirir.Bundan başqa da onun rəqibləri yoxdur.Yəni Paşinyan bir növ meydanını azad edir.Bu da siyasi avtoritarizmi artırır”.

Əli Bədir





Həftənin ən çox oxunanları