Yuxarı

Avropada anti-türk cəbhəsi: Kimlər yer alacaq?

Avropada anti-türk cəbhəsi: Kimlər yer alacaq?

Avropada anti-türk cəbhəsi: Kimlər yer alacaq?

NATO-dan Türkiyəyə qarşı birlik üçün dəstək ala bilməyən Fransa, alternativ addım olaraq Avropa İttifaqına üz tutub.

Artıq Türkiyəyə qarşı yeni cəbhə yaratmağa çalışan Emmanuel Makron, bu cəbhənin yeni üzvlərinin axtarışındadır.17 iyunda Fransa ilə Türkiyə arasında Aralıq dənizində baş verən insident yeni cəbhənin yaradılması üçün prezident Makronun əlində bəhanə olub.

Maraqlıdır, Fransanın yaratmağa çalışdığı anti-türk cəbhəsində kimlər yer alacaq?

"Cümhuriyət”ə açıqlamasında politoloq Natiq Miri deyib ki, Fransa bu məsələdə NATO-dan dəstək ala bilmədiyi üçün yeni cəbhə üzvlərini Avropa İttifaqında axtarır:

"Ancaq hesab edirəm ki, Fransa burada da ciddi bir uğura imza ata bilməyəcək. Çünki Fransa ilə Türkiyə arasında mübahisə predmeti olan Liviya məsələsində Avropanın ən böyük ölkələri Türkiyənin mövqeyini dəstəkləyirlər. O cümlədən Avropa İttifaqından yenicə çıxmış və onun ən böyük ölkəsi olan İngiltərə də bu məsələdə Fransanın mövqeyini dəstəkləmir. Liviya məsələsində Almaniya da demək olar ki, Türkiyə ilə eyni mövqedən və siyasi maraqlardan çıxış edir.Ayrıca Avropa İttifaqında, xüsusən də Avropanın cənub-şərqində yerləşən İtaliyanın özü də müəyyən mənada Türkiyəni dəstəkləməkdədir. Fransa cəbhəsində yer almaq istəyənlər şimali və şərqi Avropada yerləşən bəzi ölkələr ola bilər. Bu cəbhə isə Türkiyəyə ciddi məhrumiyyətlər gətirə bilməyəcək.Çünki Avropa İttifaqının əsas siyasətini formalaşdıran ölkələr həm Avropada, həm də NATO-da əsas söz sahibidirlər və Liviya məsələsində Türkiyənin mövqeyini dəstəkləyirlər.Fransa çox ciddi geosiyasi uğursuzluğa düçar olduğu üçün nala-mıxa vurmağa çalışır ki, Türkiyə üçün ən azından siyasi və iqtisadi məhrumiyyətlər yarada bilsin.Bununla da Makron Fransa ictimaiyyətinə Türkiyəyə qarşı hansısa bir cəbhə yaratdığını sübut etməyə çalışır.Bunlar hamısı əbəsdir.Çünki Türkiyə regionda hər gün daha da güclənən dövlətdir.Xüsusən də hərbi cəhətdən qüdrəti olan Türkiyə kimi bir ölkə ilə əməkdaşlıq, həm NATO-nun, həm də Avropa İttifaqına üzv olan dövlətlərin maraqları çərçivəsindədir.Fransanın Türkiyəyə qarşı yaratmağa çalışdığı cəbhə indidən məğlubiyyətə məhkumdur.Bu addım tarixdə Makronun uğursuzluğu kimi qalacaq.Hətta NATO-nun araşdırmasından sonra da Fransanı dəstəkləyən alyans ölkəsi olmadı”.

Politoloq, Türkiyəyə qarşı addımlar atan Fransanın məqsədlərindən də danışıb:

"Həm Suriya, həm də Liviyanın özü uzun əsrlər boyu Fransanın müstəmləkəsi olub. Bu müstəmləkə ölkələri və orada olan enerji yataqları Fransa tərəfindən istismar edilib. Ona görə Fransanın özündə keçmiş müstəmləkə ənənəsi hökm sürür və o fikirləşir ki, həmin bölgələr hələ də Fransanın təsir dairəsində olmalıdır.Bu məsələlər isə artıq çoxdan geridə qalıb.Türkiyə prosesə müdaxilə ilə göstərdi ki, region çoxdan bu ölkələrin təsir dairəsindən çıxıb.Yəni Türkiyə demək istədi ki, region dövləti olmayanlar, artıq bu bölgədə at oynada bilməzlər.Türkiyə həm dəniz həm də quru çıxışı olan ölkədir.Sadəcə bu imkanlardan mümkün qədər istifadə edə bilmirdi.Ona görə ki, dünya gücləri buna imkan vermirdi. Amma Türkiyə, artıq o səviyyəyə yüksəlib ki, müstəqil geosiyasət formalaşdıran ölkəyə çevrilib. Türkiyə artıq Aralıq dənizində enerji yataqlarının kəşf edilməsi və istismarı istiqamətində qəti addımlar da atıb.Yaxın zamanda Türkiyənin Aralıq dənizindəki neft və qaz yataqlarından istifadə edəcəyini düşünürəm.Bu gün Yunanıstan kimi dövlətlərin də Türkiyədən Avropaya şikayəti nəticəsiz qalır.Çünki Türkiyə süveren dövlət kimi müstəqil xarici siyasət formalaşdırır.Bu gün qardaş Türkiyə kifayət qədər güclü və qüdrətlidir”.

Əli Bədir





Həftənin ən çox oxunanları