Yuxarı

Sərdar Cəlaloğlu: "Səhvimiz onda oldu ki, xaricdən vətəndaşları ölkəyə gətirdik”

Sərdar Cəlaloğlu:

Sərdar Cəlaloğlu:

Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına böyük ziyan vurub.

Epidemiyanın yayılmasına qarşı görülən tədbirlər, tətbiq edilən karantin rejimi işsizliyi artırıb. Bu isə insanlarda sərt etirazlara səbəb olur. Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Qazaxıstanda keçirilən nümayişlər buna misal ola bilər. Aksiyaların ortaq cəhəti isə etirazçıların tələblərinin mərkəzində sosial problemlər durur.

ABŞ-da aksiyalar irqçiliyə qarşı olsa da, insanları qəzəbləndirən həm də epidemiyaya qarşı mübarizə tədbirləri, tətbiq olunan sərt karantin qaydalarıdır. Pandemiyanın qarşısını almaq üçün dövlətlərin gördüyü tədbirlər sosial problemləri də gündəmə gətirib. Hətta ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində pandemiyanın zərərlərinin Donald Trampın mövqeyinə ciddi təsir edəcəyi də vurğulanır. Görünən odur ki, pandemiya davam etdikcə hökumətlər üçün qorxu mənbəyi qalacaq.

"Cümhuriyət”- ə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bəzi dövlətlərdə hakimiyyət də dəyişə bilər:

"Pandemiya çox ciddi və dərin psixoloji şokla müşahidə olunacaq. Xüsusən də uzun müddət evdə qalmaq, insanların fəaliyyətinin dayandırılması 100 faiz çox ağır nəticələrə gətirib çıxaracaq. Mütləq ciddi siyasi nəticələr olacaq. O cümlədən bəzi dövlərdə problemlər olacaq. Ola bilər ki, bəzi dövlətlərdə hakimiyyətlər dəyişsin, bəzi ittifaqlar dağılsın. Avropa İttifaqı artıq müəyyən mənada özünün dayanıqlığını itirib”.

"Beynəlxalq hüquq təzədən yazılacaq”

Partiya lideri pandemiyanın gətirəcəyi dəyişikliklərin dövlətlər üçün təsirindən də danışıb:

"Pandemiya bəzi dövlətləri gücləndirib, digərlərini də zəiflədəcək. Dünyada artıq yeni münasibətlər formalaşacaq və beynəlxalq hüquq təzədən yazılacaq. Beynəlxalq təşkilatların fəaliyyəti yenidən qurulacaq. Çünki pandemiya sübut etdi ki, dünya ciddi bir təhlükəyə hazır deyil və həddən artıq dağınıqdır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məsələlərə lazım olan səviyyədə müdaxilə edə bilmir. Yəni vəziyyət belədir”.

"Səhvimiz onda oldu ki...”

Sərdar Cəlaloğlu pandemiyanın Qafqaz ölkələrinə də təsiri məsələsinə toxunub:

"Mənə elə gəlir ki, Qafqaz ölkələri pandemiyada həddən artıq spesifik bir yer tutur. Həm əhalinin sayına görə, həm də xəstəliyin yayılmasına görə. Amma hər halda, Azərbaycan ÜST-ün tələblərinə uyğun işlər aparır. Bizim səhvimiz onda oldu ki, xaricdən vətəndaşları ölkəyə gətirdik. Bu, bütün dünyada ən böyük səhvlərdən biridir. Gərək infeksiya olan yerdən vətəndaşlar çıxarılmayaydı. Amma təəssüf ki, çıxarıldı və bu da virusun yayılmasına yol açdı. Dövlət alternativ olaraq, xaricdə olan vətəndaşlar üçün maliyyə vəsaiti ayırıb onların müalicəsini mövcud olduqları xarici ölkədə təşkil etməli idi. Çünki gətirməyin səbəbi vətəndaşların xarici ölkələrdə müalicə olunma şansının olmaması idi. Amma gətirməsəydilər, daha yaxşı olardı”.

Əli Bədir





Həftənin ən çox oxunanları