Yuxarı

Qarabağ danışıqları: Bakının şərtləri nə olacaq? - Tofiq Zülfüqarovdan durum DƏYƏRLƏNDİRMƏSİ

Qarabağ danışıqları: Bakının şərtləri nə olacaq? - Tofiq Zülfüqarovdan durum DƏYƏRLƏNDİRMƏSİ

Qarabağ danışıqları: Bakının şərtləri nə olacaq? - Tofiq Zülfüqarovdan durum DƏYƏRLƏNDİRMƏSİ

"Azərbaycan Ermənistanla danışıqları konkret şərtlər əsasında bərpa edə bilər. Ermənistan bu şərtləri qəbul edərsə danışıqları davam etdirmək olar”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN başçısı Sergey Lavrovun Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri və müəllimləri qarşısında çıxışı zamanı verdiyi açıqlamaya münasibət bildirərkən belə deyib.

"Ermənistan və Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin həllini tapmasında maraqlıdır"-deyə Sergey Lavrov qeyd edib. Rusiyalı nazir dünən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyanın söhbət etdiyini diqqətə çatdırıb.

O deyib: "Bizdə olan təəssürata görə, hər iki tərəf vəziyyətin sabitləşməsində, regionda həmsədrlərin təşkil etdikləri görüşlərin davam etdirilməsində maraqlıdırlar”.

Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında bildirib ki, Sergey Lavrovun bəyanatı reallıqla uzlaşmır. Çünki danışıqlar iki tərəf arasında getməlidir.

"Hər bir tərəfin mövqeyi o birindən asılıdır. Ermənilər "Madrid prinsipləri”ndən imtina etdiklərini açıq şəkildə bəyan ediblər. Onların işğal etdikləri ərazilərin qaytarılıması barədə danışmaq niyyəti yoxdur. Baş nazir Paşinyan açıq şəkildə bəyan edib ki, bu torpaqlar Ermənistandır. O halda bu formatda hansı danışıqlar aparmaq olar? İstər Lavrov, istər digər vasitəçilər Ermənistanla danışıb onları müzakirələrə hazır vəziyyətə gətirməlidir. Əgər işğal altındakı ərazilərin azad olunması məsələsi müzakirə predmeti olmayacaqsa bu danışıqlar nə üçün aparılmalıdır? Onlar hər yerdə belə təbliğat aparırlar ki, guya onlar danışıqlara hazırdır. Amma Azərbaycan dialoq tərəfdarı deyil. Ona görə də həmsədrlərdən soruşmaq lazımdır ki, ermənilər sizin təklif etdiyiniz sənədlər əsasında danışıqlar aparmağa razıdırmı? Qoy cavab versinlər. Axı, həmsədr də Azərbaycanın xarici işlər nazirinin Moskvaya səfəri zamanı torpaqların işğaldan azad olunmasının vacibliyi barədə bir kəlmə də işlətməyib. Azərbaycan xarici işlər nazirinin Rusiya səfəri münaqişənin həlli baxımından müsbət nəticə vermədi. Amma bir çox məsələlərə aydınlıq gətirildi. Rusiya əvvəlki bazanın üzərində danışıqların davam etdirilməsində maraqlıdır. Rusiya bəyan edir ki, mövcud sənədlər danışıqlar üçün zəmin yaradır. Eyni zamanda, başa düşürlər ki, Ermənistan bu sənədlərdən imtina edib. Lavrovun məqsədi imitasiya şəklində danışıqları bərpa etmək, mövzuları qapalı saxlamaq və hər görüşdən sonra mənasız bəyanatlar verməkdən ibarətdir. Yəni biz bu taktikanı illər boyu görmüşük. İndi bu üsulu bərpa etmək istəyirlər. Hesab edirəm ki, Azərbaycan danışıqları konkret şərtlər əsasında bərpa etməlidir. Birincisi, vasitəçilər Ermənistan rəhbərliyindən soruşmalıdır ki, bu sənəd əsasında danışıqların davam etdirilməsini istəyirlər ya yox? O zaman açıq deyilməlidir ki, torpaqların mərhələli şəkildə qaytarılması müzakirə olunmalıdır. Ermənistan bu təklifi qəbul edərsə, danışıqlar aparmaq olar. Əks təqdirdə, danışığa getməyin mənası yoxdur. İkincisi, danışıqların gündəliyi və müzakirə olunan mövzular ictimaiyyətə açıqlanmalıdır. Bu iki şərtin irəli sürülməsi danışıqların mənalı və substantiv şəkildə aparılmasını təmin edə bilər. Yoxsa, hazırkı mərhələdə danışıqların davam etdirilməsi heç bir nəticə verməyəcək. Azərbaycan da belə görüntünü yaratmaqda maraqlı deyil”. Diplomat onu da bildirdi ki, Rusiyadakı ermənipərəst dairələr, o cümlədən Sergey Lavrov mənasız görüşlərin keçirilməsi, ictimaiyyəti aldatmaq və Azərbaycan xalqının diqqətini müharibədən yayındırmağa xidmət edən əvvəlki prosesi bərpa etmək etməyə çalışır. Rusiya xarici işlər nazirinin bəyanatı da bu məqsədlə verilib.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları