Yuxarı

İrandan şübhəli mövqe: Tehran kimi nəzərdə tutur?

İrandan şübhəli mövqe: Tehran kimi nəzərdə tutur?

İrandan şübhəli mövqe: Tehran kimi nəzərdə tutur?

Azərbaycan Silahlı Qüvvələri 27 sentyabrdan etibarən işğalçı Ermənistan ordusuna qarşı əks-həmlə əməliyyatına başlayıb.

Artıq işğalda olan torpaqlarımızın bir qismi azad edilib. Uğurla aparılan əməliyyatlar yalnız dünyanın diqqətini cəlb edib. Bir sıra dövlətlər Azərbaycanın haqlı davasına dəstək verib. Ordumuzun uğurları tərəddüd edən, susmağa üstünlük verən dövlətlərin də "dilini açıb”.

Bu dövlətlərdən biri də İran İslam Respublikasıdır. İran öncə işğalçı Ermənistanı dəstəkləməyə, ona hər cür yardım etməyə başladı. Lakin etdiyi yardımların da işğalçını xilas edə bilməyəcəyini görüncə "B” planına keçdi və Azərbaycana qarşı münasibətlərini bir daha nəzərədən keçirdi. İran- Azərbaycan sərhədi tam şəkildə Azərbaycan Sərhəd Qoşunlarının nəzarətinə keçdikdən sonra İran öz sərhəddinə hərbi qüvvə və texnikalar yerləşdirməyə başladı. Lakin Azərbaycan prezidenti cənab İlham Əliyevin qətiyyətli çıxışıarı, "kənardan müdaxilə olarsa, F-16-larla qarşılaşacaqlar” fikrini səsləndirməsi Tehranın mövqeyinə təsirsiz qalmayıb. Artıq neçənci dəfədir ki, Tehran rəsmiləri İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, işğal olunmuş bütün torpaqların Azərbaycana qaytarılmalı olduğunu bəyan etdi. Hətta İran bunun üçün xüsusi təkliflər planı da hazırladığını açıqladı.

İran İslam Respublikası Prezidentinin xüsusi elçisi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Araqçinin bölgəyə səfəri də bir daha Tehran hakimiyyətinin Qarabağ probleminin həllində aktiv iştirak etmək istədiyini göstərdi. Azərbaycanlı politoloqlar İranın bu addımının gec olduğunu bildirdilər. Daha sonra isə noyabrın 3-də dövlət televiziyasında İran İslam Respublikasının Ali dini lideri, Ayətullah Seyid Əli Xamneyi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verilən açıqlama və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi İranın mövqeyində qəti dəyişiklik etdiyini təstiqlədi. Lakin Xamneyi fikrinin sonlarında qeyd edib ki, bundan başqa, terrorçular da bizim sərhədlərimiz yaxınlığında yerləşməməlidirlər. Çünki bu barədə hər hansı bir təhlükə hiss olunsa biz onlara qarşı kəskin və qətiyyətli davranacağıq.

Maraqlıdır, Xamneyinin terrorçularla bağlı fikri kim üçün subliminal mesajdır?

"İranın bu ölkələrdə inkişaf etmiş agentura şəbəkəsi var”

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Xamneyi terrorçu söhbətində Ermənistana xəbərdarlıq edir:

"İran müzdluların və ya terrorçuların kimin tərəfində döyüşdüyünü çox gözəl bilir. Çünki İranın bu ölkələrdə inkişaf etmiş agentura şəbəkəsi var. Onlar yaxşı bilirlər ki, Azərbaycan ordusunda muzdlu və ya digər qüvvələr yoxdur. Amma Ermənistan ordusuna könüllü adı ilə gələnlərin hamısının muzdlu olduğu bilinir. Çünki onların heç biri Ermənistan vətəndaşı deyil. Dünyanın müxtəlif ölkələrindən- Livandan, Fransadan, Suriyadan və hətta İraqdan gəlirlər. Yəni o ölkələrin vətəndaşlarıdırlar. Muzdluları orduya cəlb edən Ermənistandır. Onun hərbi qüvvəsindəki çatışmazlıqlar hər kəsə məlumdur. Güman edirəm ki, Xamneyi terrorçular deyərkən Ermənistana gətirilənləri nəzərdə tutur. Onlar sərhəddə gərginlik yaratmaq üçün tez- tez İran ərazisinə mərmi atırlar. Bunu Azərbaycan üzərindən atırlar ki, bizim üzərimizə yıxsınlar. Məqsəd İran-Azərbaycan münasibətlərində anlaşılmazlıq yaratmaq və gərginlik gətirməkdir. Ona görə də Xamneyinin dediklərində həqiqət olduğunu nəzərdən qaçırmayaq”.

"İran Ermənistanın işğalçı olduğunu bildirir”

Ekspert qeyd edib ki, İranın hazırda Azərbaycana qarşı münasibətlərini səmimi hesab etmək olar:

"İran Azərbaycana qarşı münasibətlərinə müəyyən korrektələr edib. O, Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Ermənistanın işğalçı olduğunu bildirir və işğalçı qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir. Hətta İran özü tərəfləri barışdırmaq, qalıcı sülh yaratmaq prosesində iştirak edir. Əsas odur ki, İran Ermənistanın işğalçı olduğunu bildirir və bizim ərazi bütövlüyümüzü dəstəkləyir. Artıq bu dəstək milliyətcə azərbaycanlı olan Xamnyei səviyyəsində ifadə edilir. Ondan əvvəl də Xarici İşlər nazirinin müavini Abbas Araqçi səviyyəsində bildirilmişdi. Hər halda deyilən sözə baxıb qiymət vermək lazımdır. Bütün bunları nəzərə alaraq, sonuncu birmənalı çıxışlardan sonra İranın Azərbaycana qarşı hazırda səmimi davrandığını söyləyə bilərəm”.

Əli Bədir





Həftənin ən çox oxunanları