Yuxarı

Türkiyəyə qarşı Makron PLANI

Türkiyəyə qarşı Makron PLANI

Türkiyəyə qarşı Makron PLANI

Fransanın Türkiyəyə qarşı uzun müddətdir apardığı qısqanc və kinli siyasəti iflasa uğrayınca, Emmanuel Makron Türkiyə xalqı ilə deyil, Prezident Rəcəb Tayyib Ərdoğanla probleminin olduğunu dilə gətirdi.

Lakin heç bir siyasətçi bəlkə də bu addımı atmazdı, Makron atdı. Bu Makronun siyasi düşüncəsinin hansı dərəcədə olduğunu göstərdi. Rəcəb Tayyib Ərdoğan cavab olaraq Makrona bildirdi:

"Sənin hələ şəxsimlə problemin çox olacaq”.

Çarəsiz qalan Makron da Fransada islamafobiyanı daha da radikal vəziyyətə gətirərək, Məhəmməd peyğəmbəri təhqir etməkdən və ya etdirməkdən də çəkinmədi. Təbii ki, Makronun bu siyasəti yalnız Türkiyədə deyil, islam dininə mənsub olan digər dövlətlərə də mənfi təsir göstərdi. Doğrudur, Səudiyyə Ərəbistanı kimi dövlətlərin nümayəndəlikləri əvvəlcə Makronun islam dininə aşağılayıcı söz deməsini yaltaqcasına siyasi dillə dəstəkləsələr də, ardınca Məhəmməd peyğəmbərin təhqir olunduğunu gördülər. Təbii ki, bu, Makron qədər onu dəstəkləyən ölkələrin də günahıdır. Fransa kimi dövlətlər və Makron kimi kiçik beyinli siyasətçilər heç zaman Şərqin və Türk dünyasının inkişafını qəbul edə bilmirlər. Ona görə də mümkün olan və olmayan bütün çirkin yollara əl atırlar. Suriya və Liviyadan gələn müharibə qaçqınlarına qapısını bağlayan Avropa, nədənsə burada hakim olmağa çalışır. Hətta Türkiyənin o qaçqınlara qucaq açmasına rəğmən, Qərb dövlətləri qardaş ölkənin Suriya və xüsusən də Liviyadakı nüfuzunu həzm edə bilmirlər. Ona görə də hər yolla Türkiyəyə təzyiq göstərməyə çalışırlar. Amma Türkiyə Prezidentinin də dediyi kimi, artıq əski Türkiyə yox, yeni Türkiyə var.

Fransa Prezidenti E. Makronun yürütdüyü bu islamafobiya siyasəti və Xristian dünyası ilə İslam dünyasını üz- üzə qoyma səyləri nəyə hesablanıb?

Politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Fransa hakimiyyəti islamafobiyanı qızışdırmaqda iki siyasi məqsəd güdür:

"Ümumiyyətlə, Emmanuel Makron radikal milliyyətçidir. Fransa başda olmaqla Avropa dövlətlərinin bir çoxunun müsəlmanları ölkədən çıxarmaq niyyəti var. Makronda bu daha aydın şəkildə təzahür edir. Makronun İslam aləminə və onun müqəddəslərinə sərgilədiyi mövqe, xüsusən Məhəmməd peyğəmbərə təhqir sayılan karikaturanı hazırlayanlara meydan verməsi də bunun bir göstəricisidir. Fransanın öz daxili problemləri bir tərəfdə qalarkən, Makron islamafobiya və türkəfobiya siyasəti yürüdərək, Türk və islam dünyasına qarşı mübarizə aparır”.

Ekspert qeyd edib ki, Makron eyni zamanda Türkiyəni NATO-dan sıxışdırıb çıxarmağa çalışır:

"Makronun türkəfobiya mövqeyi də özünü açıq şəkildə göstərir. Türkiyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı hiylələr işlədir. Makron Türkiyəni sıxışdırıb NATO-dan çıxarmaq üçün təbliğat aparır. Bu çox murdar bir siyasətdir. Bunun nəticəsində artıq Makrona qarşı yenidən mübarizə başlanıb və ölkə daxilində siyasi gərginlik günbəgün artır. Makronun apardığı bu siyasət mümkün olmayan bir işdir. Bunun arxası ilə gedən şəxs özü siyasi iflasa uğrayır. İnanmıram ki, Makron qarşısına qoyduğu bu məqsədlərə çata bilsin”.

Əli Bədir





Həftənin ən çox oxunanları