Yuxarı

Ermənistanın bütün resursları tükəndi: Sosial partlayış astanada

Ermənistanın bütün resursları tükəndi: Sosial partlayış astanada

Ermənistanın bütün resursları tükəndi: Sosial partlayış astanada

İşğalçı Ermənistan artıq çöküşə gedən iqtisadiyyatını gördükcə yalvarışlara başlayır.

Ölkədə artan sosial problemlər, xalqın narazılığı Ermənistanın Baş naziri Nikol Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə məcbur edir.

Bu gün müharibə aparmaq üçün heç bir maddi imkanı olmayan Ermənistan, hələlik döyüş texnikalarını yalnız hamisindən dilənir.

O texnikaları da güclü Azərbaycan ordusu məhv edir. Ekspertlər yaxın zamanlarda Ermənistanda sosial partlayışın baş verəcəyini proqnozlaşdırırlar.

"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı "Cümhuriyət”ə açıqlamasında deyib ki, hələ müharibədən öncə Ermənistan iqtisadiyyatı çöküşə doğru gedirdi:

"Hazırda Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı hərbi müharibədən öncə Ermənistanla iqtisadi müharibə aparırdı. Biz hazırkı hərbi müharibədən öncə iqtisadi müharibəni udmuşduq. Son 25 ildə həyata keçirilən beynəlxalq və regional layihələrdən Ermənistanın kənar saxlanması, sonra onların qonşu ölkələrlə iqtisadi ticarət münasibətlərinin zəifləməsi, nəticədə blokada vəziyyətinə düşməsi bütövlükdə Ermənistan iqtisadiyyatını çökdürüb. Bunun da nəticələri özünü həm hərb meydanında, həm də beynəlxalq nüfuz məsələsində göstərir. Məlum olduğu kimi, dünya dövlətlərinin hər şeydə öz maraqları var. Ermənistan bu gün heç kəsə maraqlı olmayan dövlətə çevrilib. Müharibənin ilk günlərində Ermənistan Parlamentində cari ilin büdcəsinə baxış gedirdi. Mən də bunu izlədim. Ermənilər defisiti artırdılar. Çünki büdcənin xərcləri gəlirlərini xeyli üstələyirdi. Bu isə o deməkdir ki, getdikcə gəlirlər azalır, xərclər isə artır. Nəticədə isə bu gedişat iqtisadiyyatın çökməsinə, sosial problemlərin artmasına şərait yaradır və hərbi xərclərə imkan vermir. Belə şəraitdə isə müharibənin aparılması imkansız olur. Ermənistanda onsuz da işçi problemləri var idi. İndi isə bütün işçi qüvvələrini Dağlıq Qarabağda hərbi əməliyyatlara cəlb ediblər. Ona görə də ölkədə bütün iş yerləri, böyük şirkətlər iflic vəziyyətdədir. Ermənistanın 3,5 milyardlıq büdcəsi ilə elementar sosial təminatları ödəmək mümkün deyil, nəinki müharibə aparmaq”.

Ekspert hesab edir ki, bu vəziyyətdə heç bir ölkə Ermənistana kredit vermək istəməz:

"Müharibəyə girən və uduzmaqda olan, iqtisadiyyatı çökmüş ölkəyə heç bir dövlət kömək edib, kredit verməz. Üstəlik heç bir ölkə Ermənistana investisiya da qoymaz. Ermənistanda mənfi saldo 60 faizdir. Çünki onlar iki milyardlıq mal ixrac edib, 5 milyard idxal edirlər. Ermənistan xaricdən gündəlik tələbat mallarını almaqda da çətinlik çəkəcək. İşçi qüvvəsi də olmadığı üçün büdcəyə gələn ödənişlər də dayanacaq və ölkə iqtisadi iflas həddinə gələcək. Təkcə pandemiyanın təsiri ilə avqust ayında Ermənistan iqtisadiyyatı 17.4 faizədək kiçilib”.

Ekspert Ermənistana qayıdan 100- minədək qaçqın axınının da ölkədəki vəziyyəti daha da ağırlaşdırdığını əlavə edib:

"Təsəvvür edin: Ermənistanın büdcəsində pul yox, xarici rezervləri yox, üstəlik də ölkəyə 100 min qaçqın gəlir. 100 min qaçqını yerləşdirmək, təmin etmək Ermənistanın imkanları xaricindədir. Onun heç 10 min qaçqını təmin etməyə gücü çatmaz. Bu da o deməkdir ki, Ermənistan bütün sahələrdə çöküş yaşayır. Ermənistan iqtisadiyyatının çöküşü yalnız bu döyüşlərin deyil, son 25 ildə aparılan siyasətin nəticəsidir. Ermənistanın 2 milyardlıq xarici valyuta ehtiyatı borcların qarantıdır. Bu da onların xarici rezervlərinin 0(sıfır) olması anlamına gəlir. Azərbaycanın isə xarici rezervi 50 milyarddan çoxdur. Bu Ermənistan üçün tamamən fiaskodur”.

Əli Bədir





Həftənin ən çox oxunanları