Yuxarı

"Şaumyandan, qulağı kəsik Andronikdən üzübəri hamısı qatildir, terrorçudur”-Rəfail Becanov

"Şaumyandan, qulağı kəsik Andranikdən üzübəri hamısı qatildi, terrorçudu. Köçəryanı da, Sarkisyanı da, Paşinyanı da! Zamanında özümüzün biryolluq bu terrorçuları məhv etməyimizə xainlər, "5-ci kolon", Azərbaycan dövlətinin düşmənləri imkan vermədi”.

Bu sözləri özünün "facebook” səhifəsində "Cümhuriyət” qəzetinin Baş redaktoru, Cebhe.info xəbər portalının Baş direktoru Rəfail Becanov yazıb.

Ermənistan ordusunun Gəncəni atəşə tutmasını vandalizm aktı adlandrıan Baş redaktor deyib ki, uşaq qatilləri ilə atəşəksə sazişi imzalamaq düzgün deyil.

"27 il gecikdik və indi övladlarımız zülm çəkir. Etmədiyimiz, edə bilmədiyimiz yük onların çiynində qalıb. Ürəyimiz dağlanır. Gəncədə, Mingəçevirdə vəhşiliklərin şahidi oluruq. Uşaq qatilləri dayanmır. Onlara humanitar atəkəs güzəşti də etmək olmaz! İti qovan kimi qovmaq, ilan kimi başlarını əzmək lazımdır. Lavrovlar, Muşistinlər, Makronlar rədd olsun! Yaşasın Azərbaycan!”-deyə, Baş redaktor bildirib.





Həftənin ən çox oxunanları