Yuxarı

Azərbaycana Güneydən dəstək: Tək istək Qarabağın azadlığıdır

Azərbaycana Güneydən dəstək: Tək istək Qarabağın azadlığıdır

Azərbaycana Güneydən dəstək: Tək istək Qarabağın azadlığıdır

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir.

Qarabağda uğurlu hərbi əməliyyatlar aparan Azərbaycan ordusu bir sıra mühüm yüksəklikləri, kəndləri və 1993-cü ildə işğal edilmiş Cəbrayıl rayonunun mərkəzini azad edib. Türk və islam dünyasının bir sıra ölkələri, ö cümlədən Ukrayna, Bosniya, Macarıstan kimi dövlətlər Azərbaycanın haqq işini müdafiə edir. İran hökuməti işğalçı Ermənistana yardımları davam etdirsə də, bu ölkədə yaşayan Azərbaycan türkləri ordumuza mənəvi dəstək nümayiş etdirir.

Güney Azərbaycanın bir sıra şəhərlərində kütləvi aksiyalar keçirilib, Azərbaycanın haqq işi dəstəklənib, erməni təcavüzü pislənilib. Azərbaycan ordusunun uğurları Güney Azərbaycanda coşqu ilə qarşılanıb. İran rejiminin təzyiqlərinə baxmayaraq soydaşlarımız Azərbaycana dəstəyi davam etdirir. Təbrizin küçə və meydanlarına Azərbaycana və ordumuza dəstək şüarları yazılıb. Güney Azərbaycanlı soydaşlarımız Qarabağda antiterror əməliyyatı aparan ordumuza dəstək aksiyalarını davam etdirir. Cebhe.info xəbər verir ki, Təbrizdə küçə və meydanlara valilik binasının önündə Azərbaycana dəstək şüarları yazılıb.

Təbrizdə Valilik binasının divarına "Dünyaya günəş şərqdən, Təbrizə günəş Qarabağdan doğacaq” yazılıb. Güneyli soydaşlarımız Qarabağın azadlığı Güney Azərbaycanda milli oyanış prosesini sürətləndirəcək. Hesab olunur ki, güneyli soydaşlarımız bunu nəzərdə tutur.

"Elçibəy deyirdi ki, Qarabağın azadlığı Təbrizdən keçir”

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Qarabağ məsələsinin həll edilməsi hər iki Azərbaycan üçün bir ümid yeridir:

"Ona görə də Təbrizdə belə bir şüarın ortaya atılması çox təbiidir. Əslində bizlər hər daim buna qarşılıqlı şəkildə baxmışıq. Yəni vaxtılə Əbülfəz Elçibəy deyirdi ki, Qarabağın azadlığı Təbrizdən keçir. Bu, təsadüfi deyildi. Hər halda, Güney Azərbaycan türklərinin hər daim Qarabağ məsələsində birlik nümayiş etdirməsi bizlər üçün, ən azı mənəvi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Sözün açığı, Qarabağ məsələsi ilə bağlı Güney Azərbaycanın bu cür əzimkarlığı bizlər də, müəyyən ümidlər yaradırdı. Güney Azərbaycandakı soydaşlarımız Qarabağın işğaldan azad olunması üçün bizlərə daim dəstək veriblər.

Digər tərəfdən, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlamasını onlar bizlər qədər səbrsizliklə gözləyirdilər.

Artıq həmin an gəlib və Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etməsi üçün hərbi əməliyyatlara başlayıb. Şübhəsiz, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başlaması Güney Azərbaycan üçün çox qiymətlidir”.

F.Ələkbərli hesab edir ki, Dağlıq Qarabağ və 7 rayon işğaldan azad olunması yalniz Quzey Azərbaycan xalqını deyil, 50 milyonluq Azərbaycan xalqının qələbəsi olacaq: "Şübhəsiz, bu qələbə Molla rejiminə də ağır zərbə olacaq. Onlar Güney Azərbaycan türklərinin milli hərəkatını tanımaq məcburiyyətində qalacaq. Bir sözlə, doğrudan da Qarabağın işğaldan azad olunması Güney Azərbaycan üçün bir Günəş doğacaq”.

"Azərbaycan ordusunun müzəffər yürüşü Xankəndində bitəcək”

Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının da Qarabağda hərbi uğurların Güney Azərbaycana ictimai fikrə müsbət təsir etdiyini deyib:

"Güney Azərbaycanda milli oyanış hərəkatı xeyli məsafə qət edib. Artıq Güney Azərbaycan insanı dostunu, düşmənini yaxşı tanıyır.

Qarabağın azadlığı Güney Azərbaycan türklərinin tək arzusudur. Güneylilər inanır ki, ermənilərin hamilərinin dəstəyi ilə işğal etdiyi Qarabağ azad ediləcək, Azərbaycan ordusunun müzəffər yürüşü Şuşada, Xankəndində bitəcək”.

Aydın





Həftənin ən çox oxunanları