Yuxarı

Rəfail Becanov yazır: "Xalq cismiylə deyil, ruhuyla döyüşə gedir, Ali Baş Komandana güvənir"

Rəfail Becanov yazır:

Rəfail Becanov yazır: "Xalq cismiylə deyil, ruhuyla döyüşə gedir, Ali Baş Komandana güvənir"

Bizim başqa yolumuz vardımı? Yox!

Bu Vətən müharibəsi gec-tez olacaqdı. Səbəb sadəydi: Ermənistan və havadarları torpaqları qaytarmaqdan imtina edirdi. İllərlə səhəri atəşkəsin pozulması xəbərinə açırdıq. İndi də tələb olunan atəşkəs dövründə 100-lərlə şəhid verdik. Sıravi əsgərdən, gizirdən polkovnikə, generala qədər. General Polad Haşimovun şəhid olması səbrimizin son damlası oldu.

Tovuz təxribatını xalq da, dövlət də bağışlamadı. Pandemiyanın, virusunun qorxusu gözünə görünmədi. Meydanlara çıxan xalq döyüş əzmindəydi. Torpaqlarını öz gücünə - qanıyla, canıyla, şəhidliyi və qaziliyi ilə azad etmək, Xanın Kəndinə - Xankəndinə bayraq sancmaq, gözəl Şuşanı yad tapdaqdan qurtarmaq istəyirdi.

Səfərbərlik istəyirdi! Döyüşə getmək istəyiylə yanırdı!

Və oldu! İndi xalq silaha sarılıb təkcə cismiylə deyil, ruhuyla döyüşə gedir. Ali Baş Komandana güvənir! Güvənir ki, Ali Baş Komandanın iradəsi ilə o zirvəyə qalxacaq və bayrağımz Xanın Kəndində - Xankəndində dalğanalanacaq. Azərbaycanlılar isti yay günlərini 2021-ci ildən sərin Şuşada, Laçında, Kəlbəcərdə keçirəcək.

***

Ordumuz döyüş meydanında, igid əsgərlərimiz səngərdə, Ali Baş Komandan isə bütün cəbhələrdə -həm müharibə, həm diplomatiya cəhbəsində döyüşür! Qələbələrimiz var!

İndi biz təkcə ermənilərlə yox, onların bütün havadarları ilə müharibə aparırıq. Ermənilərə silah, havadarlarına diplomatiya, tarix, reallıq dərsi keçilir.

Bu da mövqe

Prezident İlham Əliyev "Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyir: "...Biz bu münaqişənin mümkün qədər tez bir zamanda dayanması, həllin mümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz "bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə istiqamətlənmiş mövqedir”.

Kifayət qədər açıq və konkret SÜLH mesajı!

İndi növbə Ermənistanın, havadarlarının, Fransanın, Makronundur! Geri çəkilin, dəstənizi də, dəstəyinizi də geri çəkin! Sülh olsun, əmin-amanlıq olsun! Yoxsa görəcəkləriniz daha betər olacaq.

***

Azərbaycanın şanlı, qüdrətli və müzəffər ordusu var. O ordu 1992-ci ildə də qələbələr qazanırdı. Lakin gücümüz yetmədi. Daxildəki "5-ci kolon” və ermənilər, onların xaricdəki havadarları, müdafiəsizliyimiz bizi geri saldı. 27 il geri düşdük. Amma şükürlər olsun ki, bu gün o BÖYÜK QƏLƏBƏYƏ bir az qalıb. Bəlkə də bir neçə gün!

Ali Baş Komandanla, ordumuzla, qəhrəman əsgərimizlə xalqın çiyin-çiyinə apardığı bu VƏTƏN MÜHARİBƏSİnin qalibi olacağıq, İnşallah!

Can Qarabağ üçün siyasi birlik...

Vətən üçün, Can Qarabağ üçün siyasi təşkilatlar arasında fikir ayrılğı yoxdur! Ölkənin bütün siyasi qüvvələri yumruq kimi birləşib. Müxalifətlə, digər siyasi qüvvələrlə keçirilən görüşlər, müzakirələr bunu deyir. Təcrübəli dövlət adamı Ədalət Vəliyevin fəaliyyəti çox mühümdür. Birlik və vəhdət üçün ortaya qoyulan iradəni çox böyük bacarıqla yerinə yetirir. Siyasi partiyalar, siyasət adamları bu gün siyasi maraqlarını deyil, vətənin maraqlarını əsas tuturlar. Dövlət siyasəti belə olur. Dövlətçilik belə olur. Hər kəs indi müsəlləh əsgərdir! Siyasi baxışından, partiyasından, Azərbaycana baxışından asılı olmayaraq! Sevinirik! İlyimizəcən sevinirik! Bu birliyi görmək qədər mutlu olmaq olmaq varmış taleyimizdə!

***

Yaşasın bizim Türkiyə! Sona qədər yanınızdayıq deyir! Cümhurbaşkanı Ərdoğan yunana da, rusa da, farsa da, fransıza da sultanlıq dərsi keçir! Yerinizi bilin! Can Azərbaycanın torpaqları azad olunmayınca, sizin sözünüzün dəyəri, kəsəri olmayacaq deyir! Bu, birlik deyil, canbirqəlb olmaqdır!

Siyasilərimizdən Pakistanla əməkdaşlıq edəcəyik deyib bəyanat verənləri lağ edənlər indi reallğı gördümü? Pakistan bizimlə çiyin-çiyinədir, məzhəbdaşlarımız bizimlə olmasa da...

***

İndi qələbə gününü, qələbə müjdəsini gözləyirik! Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qələbə xəbərlərini izlədikcə, yaşımızdan, başımızdan, düşüncəmizdən asılı olmayaraq, özümüzü müsəlləh əsgər sayırıq. Elə müsəlləh əsgər ki, Ali Baş Komandanın əmrindəyik!

***

Döyüşlər davam edir. İşğalda olan ərazilərimiz hissə-hissə azad olunur. Emənilər 30 illik işğaldan sonra torpaqlarımızdan qaçırlar. Erməni əsgərləri əsir düşür! Xankəndini də boşaldırlar!

Qolumuza qüvvət!

Qələbəyə çatdır bizi, Ali Baş Komandan!

Qələbə sevincini bizə bəxş et, Azərbaycan əsgəri!

Qələbəyə tezliklə yetişək, Ey ULU TANRI!

Rəfail Becanov,

"Cümhuriyət" qəzeti və Cebhe.info saytının baş redaktoru





Həftənin ən çox oxunanları