Yuxarı

İrandan riyakar Qarabağ mövqeyi: ”Güney ayağa qalxacaq”

İrandan riyakar Qarabağ mövqeyi: ”Güney ayağa qalxacaq”

İrandan riyakar Qarabağ mövqeyi: ”Güney ayağa qalxacaq”

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir.

Sentyabrın 27-də Qarabağda başlanmış hərbi toqquşmalarda işğalçı ölkənin silahlı birləşmələri ağır zərbələr alıb. Azərbaycan ordusunun işğalçı Ermənistana qarşı başladığı hərbi əməliyyatlar dünyanın diqqət mərkəzindədir. Bir sıra dövlətlər Azərbaycanın haqlı davasını dəstəkləyir. Lakin İranın mövqeyi qəti deyil. Ali dini rəhbərin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amili Azərbaycanın haqq davasını dəstəklədiyini bildirib.

Türkiyənin "Haber qlobal” televiziyasının verdiyi məlumata görə, İran hakimiyyəti münaqişənin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllini vacib sayıb. Lakin İran əl altdan işğalçı dövlətə yardımlar da göstərir.

"Güneydə böyük mitinqlər planlaşdırılır”

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərli "Cümhuriyət”ə açıqlamasında deyib ki, molla rejimi həmişə olduğu kimi ikiüzlü siyasət yeridir:

"Bu gün İranın molla rejiminin Ermənistana dəstək verməsi, bir daha onların Azərbaycana münasibətdə düşmən mövqeyini ortaya qoydu. Bu gün Azərbaycanla müharibə aparan, onun torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistana yardım etmək düşmənçilikdən başqa ad yoxdur. Əlbəttə, vaxtilə də və bu gün də bunu edən molla rejimi üçün Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi arzuedilməzdir. Çünki irançı molla rejimi üçün Azərbaycanın güclənməsi, həm də Güney Azərbaycan türklərinin milli oyanış hərəkatının güclənməsi deməkdir. Bu anlamda rəsmi Tehranın az qala açıq şəkildə Ermənistana yardım etməsinin arxasında Azərbaycan faktoru dayanır. Molla rejiminin bu alçaq hərəkətinə qarşı Güney Azərbaycan türklərinin ayağa qalxması isə gözlənilən idi. Bütün sərhəd boyu hətəkətlənən Güney Azərbaycan türkləri açıq şəkildə rəsmi Tehranın Ermənistana yardım etməsinə əngəl olurlar. Artıq onlar hətta postlar qurub. Ermənistana hərbi yardım aparan maşınlara od vurur, ya da geri qayıtmağa məcbur edirlər. Bir sözlə, Güney Azərbaycan türkləri artıq oyanmış bir xalq olaraq öz qardaşları olan Quzey Azərbaycan türklərinə bu savaşda arxa çıxırlar. Artıq Güney Azərbaycan şəhərlərində Quzey Azərbaycan türklərinə dəstək mitinqləri başlayıb. Yüzlərlə, minlərlə Güney Azərbaycan türkləri Ərdəbil, Təbriz, Urmiya, Xoy və digər şəhərlərdə aksiyalar keçiriblər. Bu mitinqlər İran polisi tərəfindən dağıdılır və gözaltına alınan onlarla aksiya iştirakçıları vardır. Ancaq bu mitinqlər davam edir və daha böyük mitinqlər planlaşdırılır”.

"Tehran yanlış hərəkətlərdən əl çəkməlidir”

Faiq Ələkbərli deyib ki, Güney Azərbaycan artıq siyasi proseslərə təsir edən bir faktora çevrilib:

"Mənə elə gəlir ki, artıq Güney Azərbaycan faktoru bir gücə çevrilmək üzrədir. Əgər Güney Azərbaycan məsələsi ilə bağlı bu günə qədər istənilən effekti ala bilməmişiksə, bu daha çox önəmli bir olayın olmaması ilə əlaqəli olub. Başqa sözlə, əvvəllər ancaq bir iki hadisə Güney Azərbaycanda ciddi ayaqlanmaya səbəb olub. Bizcə, Azərbaycan ordusunun öz ərazi bütövlüyünü bərpa etmək üçün apardığı hərbi əməliyyatlar Güney Azərbaycan faktorunu dünyanın gündəminə gətirə bilər. Biz indi buna çox yaxınıq. Çünki rəsmi Tehranın Ermənistana verdiyi dəstək fonunda yalnız Güney Azərbaycan türkləri deyil, bütün İran türkləri bunu əldə əsas tutaraq etiraz səslərini daha radikal formada ortaya qoyulmalıdır. Hətta, əgər rəsmi Tehran Ermənistana yardım etməkdə israrlı olarsa, o cümlədən Güney Azərbaycan ərazilərindən PKK terror təşkilatının üzvlərini Ermənistan daşımağa davam edərsə, o zaman silahlı bir ayaqlanma da gözləniləndir. Bu baxımdan Güney Azərbaycan faktoru, bütövlükdə İran türkləri faktoru daha ciddi və təsiredici formada gündəmə gələ biləcək. Ona görə də, rəsmi Tehran artıq 1990-cı illərin əvvəllərində etdiyi yanlış hərəkətlərdən əl çəkməlidir. Bu arada İran parlamentində təmsil olunan Türk millət vəkillərindən də bəzilərinin Azərbaycana dəstək vermələri təsadüfi deyil. Bu əslində rəsmi Tehrana xəbərdarlıqdır. Bizcə, türk millət vəkilləri bir yerdə Azərbaycana dəstək bəyanatı da verəcəklər. Bu isə o deməkdir ki, rəsmi Tehran Ermənistana yardım etməkdən birdəfəlik əl çəkməli, terrorçuların bu ərazilərdən daşınmasını dayandırmalıdır”.

"Mərkəzi Asiyanın türk dövlətləri Azərbaycana açıq dəstək verməlidir”

BAO təmsilçisi hesab edir ki, işğalçılara qarşı müharibəni Azərbaycan ordusu aparsa da, mənəvi dəstək çox önəmlidir:

"Bu gün Azərbaycanın yanında yer alan Türkiyə başda olmaqla, Ukrayna, İsrail, Pakistan, Əfqanıstan, Quzey Kipr Türk Cümhuriyyəti və digərləri var. Xüsusilə də, Türkiyənin bu savaşda Azərbaycana dəstək verməsi çox önəmlidir. Əlbəttə, bu savaşı Azərbaycan əsgəri aparır və qələbələri bizlərə bəxş edən də Azərbaycan əsgəridi. Ancaq Türkiyənin bütün ablamlarda Azərbaycana verdiyi dəstəyin qiyməti ən azı mənəvi anlamda çox böyükdür. Təəssüf edirəm ki, Mərkəzi Asiyanın türk dövlətləri hələlik, Türkiyənin Azərbaycana verdiyi dəstəyi ifadə etmir. Doğrudur, Türk Şurası adından Azərbaycana dəstək bəyanatı verilib. Biz bilirik ki, Türk Konseyində Qazaxıstan, Qırğızıstan var, hətta Özbəkistan da burada təmsil olunmağa başlayıb. Ancaq türk dövlətlərinin ayrı ayrılıqda Qarabağ Azərbaycandır, bəyanatını verib və rəsmi Bakıya açıq dəstək verməsi daha doğru olardı. Ancaq gördüyümüz kimi, bir tərəfdən Rusiya amili, digər tərəfdən Ermənistanın da yer aldığı KTMT də Qazaxıstan, Qırğızıstan və Türkmənistanın yer alması ciddi problemdir. Bir sözlə, bu dövlətlər Rusiyanın istəmədiyi bir addımı atmağa cəsarət etmirlər. Görünür, təxminən 30 illik müstəqillik dövründə Rusiya amili tamamilə ortadan qalxmayıb. Görünür, Türk dövlətlərinin bir birinə daha da yaxınlaşmasına və kənar amillərin zərərsizləşdirilməsinə hələ də ehtiyac var. Bizcə, bu Türk dövlətləri də özlərində güc taparaq "Qarabağ Azərbaycandır” sözünü əməli olaraq da ifadə edə bilərlər. Çünki Rusiya əvvəlki Rusiya olmadığı kimi, artıq dünyada öz sözünü deyə bilən bir Türk dünyası var” .

Aydın Turan





Həftənin ən çox oxunanları