Yuxarı

Baş redaktor: "Ermənistan həm döyüş, həm də informasiya cəbhəsində məğlub olur"

Baş redaktor:

Baş redaktor: "Ermənistan həm döyüş, həm də informasiya cəbhəsində məğlub olur"

Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu erməni təxribatına qarşı əks-həmlə əməliyyatı keçirir. Texnologiyanın inkişaf etdiyi dünyada mübarizə yalnız səngərdə deyil, həm də informasiya sahəsində getdiyindən, bu məsələ də xüsusi diqqət tələb edir.

Döyüşdə uduzan Ermənistan rəhbərliyi saxta məlumatlar yaymaqla həm dünya ictimaiyyətini, həm də ölkə əhalisini aldatmağa çalışır. Məhz bu məqsədlə köhnə videolardan, saxta xəbərlərdən istifadə olunur, ictimai rəydə çaşqınlıq yaratmağa cəhd edilir. Azərbaycan Müdafiə Nazirliyinin isə mütəmadi olaraq gün ərzində ictimaiyyəti məlumatlandırması, döyüşlər barədə ardıcıl məlumatın verilməsi, düşmənin itkilərinin açıqlanması informasiya mübarizəsində ölkəmizin qələbəsini təmin edir.

Cebhə.info saytı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov "Bakı-Xəbər”ə açıqlamasında bildirib ki, bu sahədə Azərbaycanın aşkar üstünlüyü hiss edilir:

"Ermənistanın hərbi sahədə aldığı zərbələr özünü informasiya sahəsində də göstərməyə başlayıb. Hiss olunur ki, qarşı tərəfdə bir panika var. Bu da onların müharibəni uduzduqlarının fərqində olmalarından qaynaqlanır. Biz bu sahədə tam üstünlüyü ələ almışıq. Dünyanın ən aparıcı informasiya sistemləri Azərbaycanın yaydığı xəbərlərə istinad edir. Bizim haqq səsimizin dünyaya çatdırılmasında obyektivlik göstərirlər. Bu, bizim informasiya qələbəmizdir. İndiyə qədər isə tamamilə başqa bir mühit hökm sürürdü. Bu, ondan ibarət idi ki, Ermənistan informasiya yayımında bizi çox qabaqlayırdı. Bu dəfə biz fərqli mənzərənin şahidi oluruq. Bizim üstünlüyümüzü şərtləndirən amillər var. Görünən budur ki, biz media, diaspor, QHT-lər olaraq bu prosesə yaxşı hazırlaşmışıq. Hamı üzərinə düşənin öhdəsindən layiqincə gəlir”.

Baş redaktor bildirib ki, tamamilə hazırlqlı olmağımız bizi qalib edib:

"Hərə öz sahəsində qələbəmiz üçün addım atır. Ermənistandakı informasiya siyasətində tam dağınıqlıq var. Hətta belə həssas məqamda onların fərqli qurumlarının yaydıqları informasiyada ziddiyyətlərə rast gəlirik. Bizim qələbəmiz özünü yalnız döyüş meydanında deyil, həm də ideoloji sahədə göstərir. Belə vəziyyət Ermənistanın artıq məğlubiyyətlə barışdığını şərtləndirir. Tam qələbəmiz isə çox yaxındadır. Biz Ermənistandakı informasiya xaosunu onların yaydığı hərbi məlumatlarda görürük.

Azərbaycan tərəfinin konkret sübutlarla ortaya qoyduğu faktları yalan çıxarmaq üçün müxtəlif quraşdırma məlumatlar dövriyəyyə buraxırlar. Döyüş meydanından yaydıqları videoların böyük əksəriyyəti reallığı əks etdirmir, hətta köhnə və montaj materiallardan istifadə edirlər. Bunun da başlıca səbəbi öz daxili auditoriyalarını yalanla sakitləşdirmək cəhdlərilə bağlıdır. Ancaq belə vəziyyət uzun sürə bilməz. Ermənistan mövqe, texnika, canlı qüvvə itkilərini də xalqdan tam gizlədir”.

Biz onların növbəti informasiya məğlubiyyətini Paşinyanın timsalında "Rossiya-1”in efirində gördük. Dövlətin başçısı milyonluq auditoriyanın qarşısında ağ yalanlar danışdı. Elə həmin verilişdə iştirak edən ekspertlər öz sosial şəbəkə hesablarında Paşinyanın yalançı olduğunu yazdılar. Bütün bunlar bir daha sübut edir ki, Ermənistan xaos mərhələsinə qədən qoyub. Bu da onların məğlubiyyətini bir qədər də tezləşdirəcək”.





Həftənin ən çox oxunanları