Yuxarı

Ermənistanda hakimiyyət dəyişikliyi planı: Paşinyanın yerini kim tutacaq? - TƏHLİL

Ermənistanda hakimiyyət dəyişikliyi planı: Paşinyanın yerini kim tutacaq? - TƏHLİL

Ermənistanda hakimiyyət dəyişikliyi planı: Paşinyanın yerini kim tutacaq? - TƏHLİL

Erməni müxalifəti Baş nazir postuna yekdilliklə sabiq baş nazir və müdafiə naziri Vazgen Manukyanın namizədliyini dəstəkləyir.

Bu barədə "Vətən" Partiyasının İdarə Heyətinin üzvü Robert Arutunyan deyib. Müxalif dairələrdə də eyni adı təkrarlayıblar.

Qeyd edək ki, Vazgen Manukyan birinci Qarabağ müharibəsi dövründə Ermənistanın müdafiə naziri, sonra isə baş naziri vəzifəsində çalışıb. Ermənistan mətbuatının yazdığına görə, Nikol Paşinyanın hakimiyyətdən getməsində maraqlı olan Rusiya keçid hökumətinə Manukyanın rəhbərlik etməsini istəyir. Hətta Vazgen Manukyan noyabrın sonlarında namizədliyi məsələsini müzakirə etmək üçün Moskvaya gedib. O, yalnız müvəqqəti hökumətin başçısı olacaq və bu, ölkənin yaxın aylarda heç bir sarsıntı olmadan idarə olunacağına, eləcə də azad və ədalətli seçkilər keçirilməsinə zəmanət verməlidir.

Ermənistanda Paşinyan hökumətinə qarşı kütləvi etirazların artdığı hazırkı mərhələdə daha çox bütün cəmiyyətini və müxalifətini birləşdirəcək siyasi liderə ehtiyac yaranıb. Manukyan qeyd edilən reytinqə malik olmasa da növbəti seçkilərə qədər məsuliyyəti öz üzərinə götürməyə hazır görünür. Bu arada Ermənistanın Verelq.am portalı "Ermənistana kim rəhbərlik edə bilər?” adlı onlayn sorğu keçirib. Bu günə olan səsvermənin nəticələrinə görə, eks-prezident Robert Köçəryan 27 faiz səs çoxluğu ilə birinci yeri tutur. İkinci sırada konkret ad çəkilməsə də 20 faizlik göstərici ilə digər namizədlər yer alır. Üçüncü pillədə respondentlərin 20 faizi hesab edir ki, müvəqqəti hökumətə ehtiyac yoxdur. Vazgen Manukyan isə 14 faiz reytinq göstəricisi ilə 4-cü yerdə dayanır. Beşinci sırada Vətən Partiyasının sədri Artur Vanesyan yer alıb. Seçicilərin 9 faizi ona etimad göstərib. Yeni namizədin Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” blokundan irəli sürülməsinin tərəfdarı olanlar cəmi 3 faizdir.

Sonuncu yerləri Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyan və Daşnaksütyun İnqilabi Federasiyasının namizədi İşxan Saqatelyan hərəsi 1 faiz səslə bölüşdürüb. Bakı Dövlət Universitetinin Tarix Fakültəsinin Erməni Araşdırmaları Mərkəzinin baş elmi işçisi İsmayıl Tanrıverdi Cebhe.info-ya açıqlamasında bildirib ki, qeyd edilən sorğu reallığı əks etdirmir. Ancaq Edmon Marukyan da Ermənistanda birləşdirici siyasi fiqur kimi yüksək reytinqə malik deyil: "Vazgen Manukyanın reytinqi müəyyən qədər olsa da yüksək deyil. O, telekanallarda siyasi ekspert kimi çıxış edirdi. Amma siyasi lider kimi güclü nüfuza malik olduğunu düşünmürəm. Ermənistan mediasında vaxtaşırı belə belə sorğular keçirilir. Amma mən bunu həqiqətə uyğun saymıram. Çünki həmin namizədlər arasında Köçəryanın birinci yeri tutması inandırıcı görünmür. Ermənistan cəmiyyəti bəyan edir ki, Robert Köçəryan ilk növbədə, oğurladığı milyardları geri qaytarmalıdır.

Nüfuzlu siyasətçilər ona dəstək vermir. Köçəryandan fərqli olraq, Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Tsarukyana inananlar var. Lakin 1979-cu ildə Tsarukyanın rus turist qadınlara qarşı zorakılığa yol verdiyinə və yeddi il müddətinə həbs olunmasına görə, Kremldə ona qarşı münasibət mənfidir. Putin administrasiyası Tsarukyanı dəstəkləmir. Hazırda Ermənistanda hakimiyyətə əsas iddialı şəxslərdən biri prezident Armen Sarkisyandır. O, prezidentli respublika üsul-idarəsini bərpa etməyə və əsas səlahiyyət sahibi olmağa çalışdı. Sarkisyan bu məqsədlə Moskvaya səfər edib erməni diasporasının nümayəndələri ilə də görüşüb. Lakin ona etimad göstərməyiblər və tənqid ediblər. Diaspora fəalları Armen Sarkisyanı xəyanətkar adlandırıb və Paşinyandan heç bir fərqinin olmadığını bildiriblər. O, prezident kimi məhdud səlahiyyətlərə malik olduğunu söyləsə də ona qarşı sərt çıxışlar oldu və Armen Sarkisyanı əliboş geri yola saldılar. Mənim qənaətimə görə, Rusiyanın dəstəklədiyi ən real namizəd Artur Vanesyandır. Əvvəlcə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq katibi Yuri Xaçaturovun həbsi ilə bağlı Paşinyanla gizli telefon söhbəti barədə Ermənistan mətbuatında yayılan xəbərlər onun reytinqini aşağı saldı. Lakin ötən il onun Azərbaycanın işğal olunmuş ərazilərinə gedib "Bir qarış da olsun torpaqları Azərbaycana qaytarmaq olmaz” deməsi Vanesyana inamı artırıb.

Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyan çox fəallıq göstərməsə də əhali arasında onun da adı baş nazirliyə əsas namizədlərdən biri çəkilir. Amma Ermənistanda vəziyyət çox gərgin olduğuna görə, dəqiq proqnoz vermək çətindir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları