Yuxarı

Türkiyə-Ermənistan: "Böyük barışığa” nə mane olur?

Türkiyə-Ermənistan:

Türkiyə-Ermənistan:

Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra regional münasibətlərdə yeni mərhələnin başlanacağı gözlənilir.

Kəlbəcər, Ağdam və Laçın rayonlarının işğaldan azad olunmasına dair Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış bəyanat yerinə yetirilərsə, Dağlıq Qarabağ problemi sona çatacaq. Bu isə münaqişə səbəbindən indiyə qədər mövcud olan blokada şəraitinin aradan qalxmasına, sərhədlərin və kommunikasiyalarım açılmasına şərait yaradır.

Bu baxımdan, Türkiyə-Ermənistan sərhədlərinin açılması da yaxın perspektivdə gündəmə gələ bilər. Məlumdur ki, Türkiyə dövləti Azərbaycan əraziləri işğaldan olunmayana qədər Ermənistanla sərhədləri bağlı saxlayacağını bəyan edib. Qeyd edilən səbəbdən Türkiyə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanımaqdan imtina edib. Həmçinin, Türkiyə indiyə qədər Ermənistanla diplomatik əlaqələr qurmayıb. Buna səbəb Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında saxlanılması olub.

Qeyd edək ki, 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan arasında İsveçrənin "Diplomatik münasibətlərin təsis olunması protokolu” və "İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu” imzalanıb. Sənədləri Ermənistan və Türkiyənin xarici işlər nazirləri imzalayıb. Mərasimində ABŞ dövlət katibi, Rusiya və Fransa xarici işlər nazirləri də iştirak ediblər.

Sürix protokolları Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tuturdu. Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağda işğalın davam etməsi səbəbindən bağlasa da, sonralar sərhədləri açmaq üçün başqa şərtlər də irəli sürüb. Rəsmi Ankara Ermənistandan 1915-ci il hadisələrini beynəlxalq aləmdə "soyqırım” kimi tanıtma siyasətindən əl çəkməyi, o hadisələri araşdırmaq üçün türk və erməni tarixçiləri ilə yanaşı, digər tərəfsiz tarixçilərin də daxil olduğu komissiyanın yaradılmasına razılıq verməyi təklif etdi. Bundan başqa, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından imtna etməsivə Ağrı dağının təsvirini bayrağından çıxarmaq da irəli sürülən şərtlər sırasında idi. Türkiyə hökuməti bəyan etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın istədiyi həll variantını qəbul etməli, Naxçıvan-Azərbaycan yolunu açmalıdır.

Lakin Ermənistan Türkiyənin tələblərini nəinki qəbul etmədi, hətta 2010-cu ilin aprelində Ermənistan parlamenti protokolların ratifikasiyası prosesinin dayandırılması haqqında qərar qəbul etdi. 2015-ci ilin fevral ayının 16-da isə o zamankı prezident Serj Sarkisyan protokolları Ermənistan parlamentindən geri çəkdi. İndi isə fərqli sutuasiya yaranıb.

Artıq sözügedən problem həll edilmək üzrə olduğundan Türkiyə və Ermənistan arasında barışığın əldə olunması da baş verə bilər. Bu isə sərhədlərin açılması, kommunikasiyaların bərpası və diplomatik əlaqələrin yaranması deməkdir.

Politoloq Tofiq Abbasov hesab edir ki, Türkiyə ilə əlaqələrin bərpası ermənilərin gələcəkdə nümayiş etdirəcəyi mövqedəın çox asılıdır. Buna nail olmaq üçün Ermənistan ilk növbədə, Türkiyəyə qarşı düşmənçilik siyasətindən tam əl çəkməyib.

Lakin son proseslər Türkiyə ilə Ermənistan arasında barışığın reallaşması üçün siyasi şəraitin hələ formalaşmadığını göstərir:

"Bu daha çox ermənilərin marağında olan məsələdir. Çünki əlaqələrin yaradılması, sərhədlərin açılması ilk növbədə, ermənilərə lazımdır. Türkiyə özünü həm Qarabağ probleminin həllində, həm diplomatik, həm hərbi müstəvilərdə çox təmkinli, mədəni mövqe nümayiş etdirir. Mən deyərdim ki, Türkiyə ilə əlaqələrin qurulmasının açarı artıq ermənilərin əlindədir. Çünki sərhədlərin açılması onlara hava, su kimi lazımdır. Amma biz tamamilə fərqli mənzərənin şahidi oluruq. Görürük ki, ermənilər həmişə olduğu kimi indi də riyakar, yalançı, səs-küyçüdürlər. Türkiyə ilə sərhədin açılması Ermənistanın həyata qayıtması anlamına gəlir. Çünki 100 mindən çox erməni hazırda Türkiyə oturub, səsini çıxartmır və bu ölkənin imkanlarından istifadə edir, maddi vəziyyətlərini yaxşılaşdırırlar. Türkiyədə heç kim onlara qarşı mənfi münasibət, ayrı-seçkilik göstərmir. Çünki Türkiyə çox sivil dövlətdir. Əgər Ermənistan Qarabağa avantürasından qurtulub normal həyat tərzinə qayıda biləcəksə, Türkiyə də onlara müəyyən imkanlar yarada bilər. Hazırda Ermənistanda onlara kömək etmədiyinə görə həm Rusiyanı tənqid və təhqir edirlər. Azərbaycana hərbi əməliyyatların gedişində dəstək verdiyinə görə Türkiyəni də ittiham edirlər. Amma Türkiyə Azərbaycana siyasi dəstək verib. Ərazilərin azad olunması isə Azərbaycan əsgərinin xidmətidir. Bu baxımdan güman edirəm ki, Türkiyə rəhbərliyi Ermənistanın özünü necə aparacağına baxacaq. Hazırda Ermənistan özünü çığal uşaq kimi aparır. Onlar anlamalıdır ki, bəd əməllərindən, bölgədə dağıdıcı niyyətlərindən uzaqlaşmalıdır. Əgər onlar bu addımı atsalar Türkiyə Ermənistanlar rəsmi münasibətlər yaradacaq”.

Ekspert onu da bildirdi ki, ermənilərin bir tərəfdən Türkiyyə düşmən mövqe nümayiş etdirməsi, digər tərəfdən isə sərhədlərin açılmasını istəməsi anormal vəziyyətdir. Ermənilər sülhə, mehriban qonşuluq siyasətinə hazır olduğunu sübut etməlidir.

"Onlar səhvlərini etiraf etmklə gərək normal həyat tərzinə qayıtsınlar. Ermənistan Türkiyəni inandırmalıdır ki, dağıdıcı mövqeyindən əl çəkir, Türkiyə üçün heç bir təhlükə yaratmayacaq. Əgər Türkiyənin biznesinin, investisiyalarının Ermənistana gəlməsini istəyirlərsə, davranışlarına korrektələr etməlidir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları