Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın ailəsi ilə birgə Azərbaycana qaçması cəmiyyətdə birmənalı qarşılanmayıb. Qeyd edək ki, Martorosyan ailəsi sentyabrın 17-də Bakıya gəlib. Keçirdiyi mətbuat konfransında erməni müxalifətçi Vaan Martirosyanın Azərbaycana qaçmasını Serj Sərkisyan rejiminin ailəsinə təzyiqləri ilə əlaqələndirib: “Bura gəlməkdə məqsədim övladlarımı, ailəmi xilas etməkdir. Ermənistanda cinayətkar Sarkisyan rejiminə qarşı mübarizə apardığım üçün təzyiqlərə məruz qalırdım. Odur ki, Sarkisyanın adamları məni və ailəmi döyüb, təhqir edib”. Vaan Martirosyanın və ailəsinin sığınacaq kimi məhz Azərbaycanı seçməsi, başqa bir ölkəyə getməməsi maraq doğuran nüanslardan biridir. Çünki o, təzyiqlərə məruz qalsaydı, istənilən Avropa ölkəsində asanlıqla sığınacaq ala bilərdi. Qeyd edək ki, Ermənistanın müxalif “Milli Azadlıq Hərəkatı” ictimai birliyinin rəhbəri Vaan Martirosyan Azərbaycana insan haqları müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə qaçıb. Hazırda Martirosyan ailəsinin üçüncü bir ölkəyə göndərilməsi məsələsi gündəmdədir. Erməni ailəsinin hansı ölkəyə göndəriləcəyi ilə bağlı sualımızı cavablandıran Novella Cəfəroğlu bu barədə məlumata malik olmadığını deyib. Onun sözlərinə görə, bununla dövlət qurumları məşğul olur. Qeyd edək ki, hazırda Vaan Martirosyan və ailəsi Bakı şəhərindədir. Vilayət Muxtar
- Ana səhifə
- Analitika
- Erməni muxalifətçi hələdə Bakıda
Erməni muxalifətçi hələdə Bakıda
Bu bölmədən digər xəbərlər
- Kəşfiyyatın diqqətlə izlədiyi səfər Tarix 25 Avqust, 12:40
- Sorosun İrəvandakı uşaqları Tarix 2 İyun, 15:39
- Erməniləri bölən Qarabağ planı Tarix 16 May, 11:23
- Səlim Müslümovun sonunu gətirən hesabat Tarix 12 May, 11:10
- Deputatların Qarabağ səfərinin gizlinləri Tarix 9 May, 11:26
- İnqilab Ermənistanı çökdürür Tarix 3 May, 01:23
- Hədəfdə 4 ölkə: Birinci kim olacaq? Tarix 16 Fevral, 23:00
- Soros yeni ssenarilər hazırlayır Tarix 14 Fevral, 22:52
- Qafqazın ən güclü ordusu Tarix 2 Fevral, 12:24
- Ölkə başçısından siyasi gücə: Prezidentləri lider edən cəhətlər Tarix 18 Yanvar, 11:04
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi