Bunu "Cümhuriyət" qəzetinin baş redaktoru və Cebhe.info Xəbər Portalının direktoru Rəfail Becanov Ermənistanın bugünkü təxribatı barədə danışarkən deyib.
O bildirib ki, belə təxribatlar düşmənə ağır başa gələcək:
"O zaman nə özləri, nə havadarları onları xilas edə biləcək. Bu xəbərdarlıqlar dəfələrlə edilib. İllərlə onlara xəbərdarlıq edilirdi ki, Azərbaycan torpaqlarını boşaldın, sülh yolu ilə geri çəkilin, işğaldan vaz keçin. Ancaq başa düşmədilər. Sonunda Azərbaycan dövlətinin iradəsini, ordusunun qüdrətini gördülər və "dəmir yumruq" başlarını əzdi. Bu dəfə də elə olacaq. Prezident İlham Əliyevin dediyi kimi, biz bu müharibə zamanı təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv edə bildik”.
Baş redaktor bildirib ki, erməni tərəfinin bu təxribatları davam etdikcə, Azərbaycan bölgədəki erməni faşizmini tamamilə məhv etmək hüququnu özündə saxlayır:
"Əgər Ermənistan belə davam edəcəksə, regiondakı erməni faşizmi dövlət və xalq olaraq onların sonunu gətirəcək".