Yuxarı

"Ərimin əvəzinə də döyüşürdüm... baxmayaraq ki, o, həyatda yox idi"

doyuscu1Keçmiş qadın döyüşçü: "Hər evdən bir nəfər gedir, niyə də bizdən gedən olmasın?!"   Həyat ona, necə deyərlər, kirpikləri ilə od götürdüb... Ömür-gün yoldaşını vaxtsız itirib. İki oğul, bir qız anasıdır. Gəncliyinə texnikum auditoriyasında tələbə, əkin sahələrində aqronom kimi  başlayıb, müharibə meydanlarında döyüşçü, daha sonra isə köçkün şəhərciyində məcburi köçkün kimi son qoyub. İndi həyatını nəvələrinə həsr edib yaşayır. Özü 1955-ci ildə Ağdamın Saybalı kəndində anadan olub. 1975-ci ildə ailə qurub. Kolxoz və və sovxozlar ləğv olunduqdan sonra poçtalyon işləyib.   Elə həmin vaxtlar Dağlıq Qarabağ müharibəsi başlayır. Kəndlərində hər evdən bir kişi könüllülər batalyonuna yazılanda, evinin sıradan geri qalmasını özünə sığışdırmır deyə, poçtu da, poçtalyonluğu da atıb, hərbi forma geyinib silaha sarılır... Olur əsgər Quliyeva- Quiyeva Şamama İsa qızı...   -Şamama xanım, aqronom... poçtalyon... aşbaz... əsgər... uşaqları üçün ürəyi yanan ana...  Siz hara, döyüş hara?   doyuscu2-Həyat yoldaşımın erkən vəfat etməsi uşaqlarımı böyütməkdə, onları tərbiyələndirməkdə mənə əməlli-başlı çətinliklər yaradırdı. Amma gecə-gündüz yatmırdım, necə deyərlər, kippriklərimlə od götürmək bahasına olsa da, istəyirdim ki, onlar atalı uşaqlardan seçilməsinlər, atasızlığı hiss etməsinlər... Uşaqlarımın istəklərini yerinə yetirib onların hər şeylə təmin etməyə borclu idim. Yetər ki, onlar məndən “atamız hardadır?”, “biz atamızı isdəyirik” və ya “niyə filankəsin atası var, bizim yoxdur?” sualını verməsinlər. Çünki həyatda yeganə sual idi ki, onu uşaqlarımın dilindən eşitmək istəmirdim. Hesab edirəm ki, indi də cavab verə bilmərəm... (nəmli gözləri yuxarı dikilir, qısa müddət xəyala dalır...)   Bu erməni köpəkləri də torpaqlarımıza soxulmağa başlayandan sonra baxdım ki, kənddə kişilərin əksəriyyəti könüllü olaraq orduya yazılır. Getdikcə, kəndimizdən orduya könüllü yazılanların sayı çoxalmağa başladı. Demək olar ki, hər evdən döyüşə gedən var idi. Düşündüm madam ki, hər evdən bir nəfər gedir, niyə də bizdən gedən olmasın?!.  Bax belə, orduya yazılmağı qərara aldım. Amma bu da asan olmadı. Kəndimizdən olan komandir məni orduya yazmırdı. Deyirdi, get uşaqlarını saxla, sənin uşaqların hələ körpədir. Əslində, o haqlı idi, uşaqlar körpə... baxanları yox. Məktəbli olanı var idi. Amma mən orduya yazılmaqda israrlı idim. Çünki döyüşlərə həm öz yerimə, həm də rəhmətlik yoldaşımın əvəzindən qoşulmaq isdəyirdim-o sağ olsaydı, heç kimdən geri qalmazdı axı  (başdan-başa qırışla qabarın simfoniyasından ibarət əllərini üst-üstə qoyur və üzündəki təbəssüm kədərlə əvəzlənir).   doyuscu3Komandirin məni orduya yazmayacağını anlayıb onların batalyonunu tərk elədim. “Qatır Məmməd”in-Yaqub Rzayevin batalyonuna getdim. Xahiş elədim ki, məni orduya yazsınlar. Rəhmətlik də xahişimi geri çevirmədi. Öncə aşbaz kimi başladım. Daha sonra silaha sarıldım. Posta getdim, döyüş əməliyyatlarında iştirak elədim. Bir müddət sonra kəndimizdən olan bir döyüşçü ilə təsadüfən döyüş sonrası qarşılaşdıq. O, mənə “bu qədər ki, israrlısan, onda mən komandirlə danışım gəl,  öz kəndimizin uşaqları olan batalyonda vuruş” dedi. Həmin oğlanın köməkliyi ilə mən öz kəndimizin özünümüdafiyə bataliyonuna getdim.   -Bəs uşaqların aqibəti, dolanışığı?   -Onu deyim ki, “Qatır Məmməd”in batalyonunda xidmət etdiyim vaxtlar poçtdan aldığım poçtalyon maaşlı ilə dolanırdım. Ordudan bir qəpik almırdım, heç almaq fikrim də yox idi. Bax bu da mənim orduya gəlməyimin səbəbi, tarixi, nə bilim... hekayəsi... (əllərini çütləyib masanın üstünə qoyur, başını astaca aşağı əyib gözlərini əllərinə zilləyir.)   -Bir qadın həm uşaqlara baxır, həm də döyüşdə...   Əvvəllər bir az çətinlik yaşayırdım. Bir an olsun belə uşaqları yadımdan çıxara bilmirdim. Amma sonra alışdım... Post növbəm olanda posta gedirdim, olmayanda da gəlib uşaqlarıma baş çəkirdim. Maraqlısı da o idi ki, uşaqlarımın yanında olanda da batalyon üçün darıxırdım. Elə bilirdim  mən olmasam, onlara nəsə olacaq.   Bilirsən oğlum, müharibə elə şeydir ki, kimin haçan başına nə gələcək bilmək olmurdu. Oturub çörək kəsib, danışıb-güldüyün adam bir dəqiqə sonra şəhid olurdu. Ona görə oradakı uşaqların hamısına xoş münasibət bəsləyirdim. Heç birinin qəlbini qırmırdım. Düşünürdüm ki, birinə acı söz deyərəm, birinin qəlbini qıraram və o da şəhid olar, bəs mən onu özümü necə bağışlayaram?! Bir ailə kimi idik... onlar da məni qoruyurdu həmişə... Mircəfər adlı bir döyüş yoldaşım var idi. O həmişə mənə bərk-bərk tapşırırdı ki, posta çıxanda saçını gizlə ki, qadın olduğun bilinməsin. Bəziləri də mənə qardaş deyə müraciət edirdilər. Indi onların çoxu şəhid olub. Bir qismi də fiziki sağlamlığın itirib.   -Bəs indi də münasibətin olan keçmiş döyüş yoldaşların varmı?   - Dedim axı xidmət elədiyim batalyonun əksəriyyəti öz kəndimizin uşaqlarıdır. Ona görə məclislərdə hərdən rastlaşdığım olur. Onda görüşüb cəbhə xatirələrini bölüşürük. O acılı-şirinli səngər xatirələrini... Bu qaçqınlıq-məcburi köçkünlük hərəni bir tərəfə səpələyib. Elə vəziyyətdəyik ki, nəinki döyüş yoldaşları adam öz doğmalarıyla belə xeyir-şərdə rastlaşır. Amma bir döyüş yoldaşımla bu yaxınlarda rayon hərbi komissarlığında təsadüfən rastlaşdım. Ən çox görmək istədiyim insanlardan biri idi. Onun adı Şahindir, o çox qoçaq oğlan idi. Bir gün Abdal-Gülablı istiqamətində posta çıxmışdıq. Şahin də bizimlə bir yerdə xidmət edirdi. Durduğumuz mövqe çox təhlükəli ərazidəydi. Birdən əl qumbarasının partlama səsini eşitdik. Sən demə, erməni posta hücum eləyib. Qumbara Şahingilin yanında partlayıb Şahini yaralamışdı. Dərhal silahi götürüb ona tərəf qaçdım. Onun yaralanıb yıxıldığı yeri ermənilər güllə-baran edirdi ki, biz onu götürə bilməyək. Onların atəş açdığı mövqelərə atəş açmağa başladım. Bizə kömək gələnə qədər erməninin irəliləməsinə imkan vermədik. Kömək gələndən sonra Şahini tez həmin ərazidən götürüb Zəngişalı kəndikdəki qospitala gətirdim. O elə ağır yara almışdı ki, qanın kəsmək olmurdu. Iki dəfə öldüyünü zənn elədim. Şahini bərkdən bağrıma basıb sürücüyə qışqırırdım ki, tez sürsün. Bax o gündən bu günə Şahini görə bilməmişdim. Özü Gülablıdan idi eşitdiyimə görə hazırda bizə yaxın kəndlərin birində köhnə məktəb binasında yaşayır. O, çox yaxşı oğlandır... (əlləri ilə yaylığını bir az qaldırır, bəlkə də yarıdan çoxunun döyüş səngərlərində ağaran ağ saçlarına tumar çəkir və üzündən xoş xatirələrə daldığı ifadə olunur.)   -Döyüşlərdə qorxduğunuz olubmu?   -Ay oğul, erməni kimdir ki, mən onlardan qorxam?! Mən yer üzündə ermənidən qorxaq, yaltaq millət tanımıram. Bax elə onların qorxaq olduğunu müharibədən qabaq bildiyimə görə, müharibə vaxtı onlardan qəti qorxmurdum. Təsəvvür edin ki, 8 nəfər erməninin birini yaralayırdın digərləri dovşan balası kimi qaçırdılar. Əgər onlara qıraqdan dəstək, kömək gəlməsydi indi vəziyyət başqa cür idi. Bizim vəziyyətimiz yaxşı, onlarınkı isə rusca... (gülümsünür...)   -Həm ana, həm də döyüşçü...   - (Sualımı gözlərimdən oxuyur sanki) Bəs onlar Xocalıda qızlarımızı, gəlinlərimizı, qocalarımızı, qundaqdakı körpələrimizi işgəncəylə öldurəndə onların analarını düşünürdülərmi?!  Yox!... Qəti şəkildə kiminsə anasını düşünmürdüm. Öz doğma balam Xocalı soyqırımını törədən millətin ordusunda olsaydı, heç onu da düşünməzdim. Gözümü qırpmadan maqazini böşaldardım beyninə.   -Döyüşlərdə təxminən, neçə düşmən məhv eləmisiniz?   - Çox döyüşlərdə dəqiq hədəflərə güllə atmışam. Amma heç bir döyüşdə görmədim ki, erməni zabitləri bizə məktub göndərsin ki, bu gün ölən 20 erməninin neçəsini Şamama öldürüb. (ürəkdən gülür...)   -Qarabağ müharibəsi veteranı Şamama xala bugünkü həyat şəraitindən razıdırmı?   -Torpaqlarımızın hələ də erməni tapdağında olmasını, 100 minlərlə körpənin çadır şəhərciklərində böyüməsini və hələ də cəbhədən şəhid xəbərlərinin gəlməsini nəzərə alsaq, xeyr, razı deyiləm. O vaxt yaşayışımdan razı olacam ki, çadır məktəblərdə dərs alıb ali məktəblərə qəbul olan və həmin məktəbi bitirib başqa rayonlarda çalışan balalarımız Ağdamda, Şuşada, Lacında, Kəlbəcərdə və s. işğal altında olan rayonlarda işləyəcəklər. Köçkünümüz olmayacaq. Balalarımız dədə-baba yurdlarımızda böyüyəcəklər, yaşayacaqlar.   -Mən sizin maddi durumunuzu, yəni dolanışığınızı nəzərdə tutmuram...   Dolanışıq budur, göz qabağında... (əli ilə evini göstərir) Cəmi bir otaqlı evdə 4 nəfər yaşayırıq. Qızım, nəvələrim və mən. Dövlətdən isə qocalığa görə təqaüd alıram. Təqaüd aldığıma görə də veteranlıq pulumu kəsib cəmi 8 manat 50 qəpik ediblər. Mən kiminləsə pul davası çəkmək niyətində deyiləm. Mən doyüşə gedəndə heç vaxt ağlıma gəlməzdi ki sağ qalacam və mənə veteran pulu verəcəklər. Amma belə də olmaz...   -Nəvələr demişkən, heç nəvələrinizə iştirak etdiyiniz döyüşlərdən danışırsınız?   -Bəli, danışıram. Böyük nəvəm Xalid hazırda həqiqi hərbi xidmətdədir. Inşallah bir neçə gündən sonra gələcək. Balaca Nəvəm Ömər isə hələ çox kiçikdir.  Bir dəfə müharibədən danışırdım, Ömər diqqətlə qulaq asırdı, birdən məndən “Nənə, neçə il xidmət eləmisən?” deyə soruşdu. Mən də cavabımda 3-4 il dedim. Təəcüblə üzümə baxıb “Ay nənə necə dözmüsən?... qardaşım il yarımdı xidmətdədir heç birimiz dözə bilmirik..." dedi.   -Əgər savaş əmri verilsə...   -Bir vaxtlar üç körpə uşağı evdə qoyub getmişəmsə, indi niyə getməyim? Bu torpaqları qorumaq hər bir azərbaycanlının borcudur. Istər qadın olsun, istərsə kişi... Azərbaycana azərbaycanlıdan çox heç kəsin canı yanası deyil. Öz işimizi özümüz görməliyik.   P.S. Qeyd edək ki, Şamama xanım həyatını qurtardığı Şahin bəyi çox çətinliklə də olsa, axtarıb tapdıq... Şahin bəyin yaşadığı evdən hazırladığımız materialı nöbəti saylarımızdan birində sizlərə təqdim edəcəyik.   Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları