Yuxarı

"Ana müəllimə xadiməni sinifə gətirmişdi"

mekteb

-Ana müəllimə xadiməni sinifə gətirmişdi

- Niyə qızım, - Süpürgə puluna görə. Əvvəlcə karidordan çağırdı, sonra da qolundan tutub sinifə gətirdi. Dedi ki, məni eşitmirlər, özün de. O da dedi ki, sinifinizi süpürürəm, niyə pulumu vermirsiniz? Müəllimə pul gətirən uşaqların adlarını çəkdi, cəmi iki nəfər gətirmişdi. Xadimə xala da çığıra-çığıra dedi ki, niyə pulumu gətirmirsiniz, sizə borcum var, hər gün sinfinizi süpürürəm, partalarınızın üstün silirəm?!

- Sabah bir manat aparmasaq sinifi təmizləməyəcək, sinif rəhbərimiz bizə təmizlətdirəcək.

Ananın səsi avtobusa yayıldı.

- Neynək, mən sabah gedib sinif rəhbərinlə danışaram, direktorun yanına gedib soruşaram görüm, dövlət məktəb xadimələrinə maaş vermir? Onlardan da cavab almasam Mikayıl Cabbarovun qəbuluna yazılacam, ondan öyrənəcəm görüm, məktəb xadimələrinə maaş vermirsən ki, uşağımız ayağını məktəbə qoyduğu bir gündən süpürgəçi pulu yığırlar?

- Ana noolar, heç kimin yanına getmə, direktora da bir söz demə, nə işinə qalıb. Sonra Ağca müəllimə məni incidər, uşaqların içində biabr edər. Uşaq anasına dil tökürdü ki, sabah bir manata görə məktəbə getməsin, ana isə israr edirdi ki, mütləq gedəcək, dövlətin xadiməyə maaş verib-vermədiyini öyrənəcək. Arxada əyləşən bir qadın qızın anasını sakitləşdirməyə çalışaraq, bir manat şükürlüdür, 5 oktyabrda oğlumun sinif rəhbəri 10 manata razılaşmadı, onu direktora verəcəm, bəs mənə nə qalacaq, 20 manatdan yığın, dedi. Çox qısa zamanda mövzu avtobusa yayıldı. Bir valideyn danışdı ki, keçən il məktəb direktoru 8 mart günü ilə bağlı toplantı keçirib valideynlərin yanında müəllimələrə tapşırdı ki, uşaqlardan pul almayın, bir şikayət eşitməyim. Sonra sinif rəhbəri bizi sinifə yığıb dedi ki, direktor sizin yanınızda elə deyir, hamımızın boynuna hesab qoyub, valideynlər verməsə, gərək özüm maaşımı alıb direktora verim. Başqa bir ana da dedi ki,özünü yorma bacı, Mikayıl Cabbarovun qəbuluna düşə bilməzsən, bizdə vəzifəyə gələn, nazir olan çıxıb ulduzlarda yaşayır, xalqla arasında əlçatmaz, ünyetməz məsafə yaradır. Axır vaxtlar ictimai nəqliyyat vasitələri günlük həyatından, məişətindən, marşrutlarda yaradılan hoqqabazlıqdan bezən insanlarımızın mini mitinqinə çevrilib. Bu, başqa bir yazının mövzusu ola bilər. Bunu hələlik bir kənara qoyub müəllim-pedaqoq məsələsinə dönürəm. Azərbaycan təhsilinin pedaqoq problem var, müəllimin şagird, şagirdin də müəllim sevgisizliyi var. Bu da ondan qaynaqlanır ki, müəllimlərimiz pedaqoq deyillər, uşaqları sevmirlər və onlara sevgini öyrətmirlər. Az qala 140 il öncəki Qori Müəllimlər Seminariyasının şüarını xatırladım: “Müəllim məmur deyil, məmurdursa, müəllim deyil”. Bir də Seminariyanın Azərbaycan bölməsinin inspektoru, böyük pedaqoq Aleksey Osipoviç Şernyayevskinin ölümü ilə nəticələnən o hadisəni- Şəmistan Nəzirli “Qoridən gələn qatar” kitabından: "Bir gün şagirdlərin günorta naharına cavabdeh xətrini çox istədiyi şagirdi Şuşalı Süleyman Sani Axundov idi. Gənc Süleyman tükancı Abbas kişidən çörəyi 50 qəpikdən alır. Həmən gün səhər tezdən Abbas kişi çörəyi Çernyayevskiyə 30 qəpikdən satır. Şagirdlərin günlük nahara xərclənən pulun smetası hesablanarkən Süleyman Sani çörəyin birin 50 qəpikdən yazarkən Çernyayevski: “Oğlum, necə ola bilər, mən bu sabah çörəyi 30 qəpikdən aldım” deyir. Məsələ biraz böyüyür. Süleyman utanıb-qızarır, sevimli müəlliminin yanında etimadını itirəcəyindən qorxur. Ama israr edir ki, çörəyi bu qiymətə alıb. Durum rəhbərliyə çatır və gerçəyi öyrənmək üçün çörəkçi Abbasın yanına adam göndərilir. Abbas deyir ki, çörək 50 qəpikdir, Süleymana da o qiymətə satmışam. Çernyayevski soruşur ki, bəs niyə mənə 30 qəpikdən satdın? Abbas: “Əziz Osipoviç, sən mənim millətimin balalarına elm, təhsil verirsən, onların üstündə yarpaq kimi əsirsən, öz balan kimi qoruyursan, sənə canım da qurbandır, götürsən hər sabah sənə çörəyi pulsuz verərəm” deyir. Çörəkçi Abbasın cavabı hər kəsi çaşdırsa da, Süleyman olaydan özünə gələ bilmir və erməni Saakdan 9 manat borc alıb həmən pula tapanca kirayə götürür özünü vurur.

rusvetSüleyman Sani Axundov yaralanır, amma çox keçmədən sağalır. Bu hadisəyə görə Çernyayevski seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsindən azad edilir. Onu hər kəs bağışlayır, lakin o, sevimli şagirdi Süleyman Saninin qarşısında özünü günahkar bilir və həyatının sonunadək bağışlamır. Uzun zaman içkiyə qurşanır, ürək xəstəliyi tapır. Nəticədə 1894-cü il dekabrın 14-də 55 yaşında ürəyi partlayıb ölür."

 Fikirləşirəm ki, bu tarixi hadisə pedaqoji təhsil verilən bütün universitetlərdə tədris edilməli, gələcəkdə müəllim olacaq nəslə bu ibrətamiz hadisə anladılmalı, müəllim-şagird münasibətlərinin müqəddəsliyi dərs kimi, ayrıca bir fənn kimi proqrama salınmalıdır.

R.Məmmədqızı





Həftənin ən çox oxunanları