Yuxarı

Bakı yollarında çarəsiz qalanlar

Bakı yollarında çarəsiz qalanlar

SAM_0101Bu gün Bakının bəzi küçələrində normal qaydada fəaliyyət göstərən nəqliyyat vasitəsi tapmaq bir az müşkül məsələdir. Misal üçün Azneft dairəsində daimi hərəkətdə olan avtobusların siyahısında yalnız 5 N-li maşrut xətti var. Dayanacaqlarda marşrut xətləri haqda məlumat almaq üçün quraşdırılan manitorlarda marşrutların siyahısı göstərilsə də, buna rəğmən, avtobus sayının azlığı və ya ümumiyyətlə, olmaması sərnişinlərin mənzil başına rahat getməsinə problem yaradır.

Daha dəqiq desək, Azneft dairəsində yerləşən dayanacaqların bir çoxunda 17, 18, 8, 59, 207 saylı marşrut xəttinin olduğu qeyd olunsa da, yalnız 5 N-li avtobus Azneft dairəsi yaxınlığından Səbail rayonu istiqamətində hərəkət edir. Xüsusilə qeyd etmək yerinə düşər ki, bu istiqamətdə hərəkət etməli marşrutların siyahısında heç 5 N-li marşrut qeyd olunmayıb. Bu da birmənalı olaraq, manitordan istifadə etmək istəyən sərnişinlərin çaş-baş qalmasına gətirib çıxarır. Redaksiyamıza ünvanlanan çoxsaylı şikayətləri nəzərə alaraq, Cəbhə.İnfo olaraq bu problemi araşdırdıq. Bakı sakinləri marşrut xətlərinin normal işləməməsilə bağlı çox vaxt gecikdiklərini, lazımsız halda hər gün taksi xidmətindən istifadə etməyə məcbur qaldıqlarını deyirlər. Bu da vətəndaşın  büdcəsinə ciddi ziyan vurur. Bütün bunlara baxmayaraq, Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən yol verilən özbaşınalıqlar sərnişinlərin rahat mənzil başına çatması əvəzinə, onların nəqliyyat vasitələri sarıdan çəkdiyi əziyyəti birə beş artırır.  Bir təfəfədn də, sərnişinlərə göstərilən xidmətin yaxşılaşdırılması üçün avtobuslarda gediş haqqının kart sistemi ilə ödənişi reallaşsa da, avtobus dayanacaqlarının əksəriyyətində ödəmə terminallarının olmaması vəziyyəti bir az da çətinləşdirir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Cəbiyeva məsələyə münasibətində deyir ki, Mərkəz son dəyişikliklərdən sonra hələ də bazadakı məlumatların yenilənməsini həyata keçirməyib: "Ən qısa müddətdə bu proses yekunlaşdırılıb bütün informasiyalar təzələnəcək. O ki qaldı Azneft dairəsində avtobusların hərəkətinə hazırda 65 saylı  marşrut avtobusu bu istiqamətdə işləyir "Bakubus" MMC-nin 12 xətt üzrə bütün avtobusları fəaliyyətə başlayıb və buna uyğun bəzi köhnə xətlərdə dəyişiklik ediləndən sonra sistem yenilənəcək. Çünki hər gün bir dəyişikliyə görə şəhərdəki 664 dayanacaqdakı monitorda sistemi yeniləmək qeyri-mümkündür. Bu məsələ ilə bağlı sərnişinlərdən bir qədər anlayış göstərmələrini xahiş edirik".

"BakuBus" MMC şirkətinin mətbuat xidmətinin rəhbəri Elçin Rufullayevin bildirdiyinə görə isə, maddi cəhətdən hər bir dayanacaqda kart yükləmə sistemlərinin quraşdırılması mümkün olmadığı üçün sərnişinlər Bakı köşklərindən kart əldə edə bilərlər və eyni zamanda da kartın yüklənməsi prosesini apara bilərlər.

Rəqsanə Qarabağlı





Həftənin ən çox oxunanları