Yuxarı

“Nida”çılar Avropa Məhkəməsində

“Nida”çılar Avropa Məhkəməsində

nida Oktyabrın 15-də Ali Məhkəmədə “Nida”çı gənclər-  Məmməd Əzizov, Rəşadət Axundov, İlkin Rüstəmzadə və Zaur Qurbanlının kassasiya şikayətinə baxılıb. Vəkil Fariz Namazlı Cebhe.info-ya bildirib ki, proses İnqilab Nəsirovun sədrliyi ilə keçirilib: “Dekabrın 16-da Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermişdik. Apellyasiya şikayətində “Nida”çı gənclərə bəraət verilməsi ilə bağlı verdiyimiz vəsadət təmin olunmadı. Ali Məhkəmə Apellyasiyanın qərarını qüvvədə saxladı. “Nida”çıları prosesə gətirilməmişdi. Ali Məhkəmənin qərarında Avropa İnsan Haqları Məhkəməsinə şikayət verəcəyik”. 2013-cü ilin martında tutulan, Bakı İstintaq Təcridxanasında saxlanan gənclər kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. O vaxt 8 NİDA-çı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Məmməd Əzizov, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib. Bəxtiyar Quliyev (o, həbsdə olarkən NİDA-dan çıxıb) və Şahin Novruzlu prezidentin əfv sərəncamı ilə 2014-cü il oktyabrın 18-də azadlığa çıxıblar. Zaur Qurbanlı və Üzeyir Məmmədli prezidentin əfv sərəncamı ilə 2014-cü il dekabrın 30-da azadlığa çıxıblar. Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin NİDA-çı gənclər haqda çıxardığı hökmü qüvvədə saxlayıb. Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları