Yuxarı

Cəriməni ödəməyən piyadaları nə gözləyir?

Cəriməni ödəməyən piyadaları nə gözləyir?

“Piyadaların məsuliyyətə cəlb olunması məsələsində problemlər var. Rayon mərkəzlərində qanunu pozan piyadalara “gözün üstə qaşın var” deyən yoxdur”. Bu sözləri Cebhe.info-ya nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, piyadalar yalnız paytaxt daxilində yol hərəkəti qaydalarını pozan zaman cərimələnirlər:

piyada_yolu_0001“Amma paytaxtdan kənarda piyadalara heç nə deyən yoxdur. Piyadalar da düşünürlər ki, hansısa piyada keçidindən istifadə etməsələr, 20 manat müqabilində cərimələnəcəklər. Piyadalara anlatmaq lazımdır ki, yol hərəkəti qaydalarına əməl etmək Azərbaycanın hər yerində vacibdir. Paytaxtdan başqa heç yerdə piyadalar cərimələnmirlər. Ancaq Sumqayıt və Gəncədə hərdən piyaladalar məsuliyyətə cəlb olunur”. Ekspert hesab edir ki, 100 faiz olmasa da, piyadalar onlara tərtib olunan inzibati protokoldan yayınmırlar: “Piyadalar cərimələri ödəməkdən boyun qaçırsalar, başqa fəsadlarla üzləşə bilərlər. 20 manat cərimə haqqının üzərinə 12 manat məbləğində faiz gələcək və piyadalar 32 manat cərimə ödəməyə məcbur olacaqlar. Bundan əlavə, cərimə ödəməyən piyadanın pensiyasından, bankdakı hesabından, tələbədirsə, təqaüdündən cərimə haqqı alına bilər.  Həmçinin cəriməni ödəməyən piyadanın əmlakı siyahıya alına bilər”. Qeyd edək ki, paytaxtda bu il yanvarın 1-dən oktyabrın 3-nə kimi 86171 piyada yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cərimələnib. Ötən il isə bu rəqəm 600 min nəfər təşkil edib.

Alçina





Həftənin ən çox oxunanları