Yuxarı

Ər İŞİD-ə qoşulan arvadını axtarır

Ər İŞİD-ə qoşulan arvadını axtarır

isid_18

Türkiyənin Karaman vilayətində yaşayan 26 yaşlı Hülya Tuba Bozkurt 2 yaşlı oğlu Yigit Alp ilə birgə İŞİD sıralarına qatılıb. Cebhe.info Türkiyənin “Milliyət” nəşrinə istinadən bildirir ki, qadının əri Ramazan Bozkurt həyat yoldaşının 8 ay öncə ondan ayrı yaşamağa başladığını bildirib: “O, 6 gün öncə İŞİD sıralarına qatılıb. Hülya hələ aprel ayında “canlı bomba” olması ilə bağlı şübhə yaratdığı üçün polis tərəfindən saxlanılıb.

Onunla heç bir problemimiz olmayıb. Xoşbəxt bir ailəydik”. Lakin bu xoşbəxtlik uzun sürməyib. Hülyanın müxtəlif terror təşkilatları barədə fikirləri cütlüyün ayrılmasına səbəb olub. Ramazan Bozkurt bildirib ki, həyat yoldaşı Suriyaya getməsini telefonla ona bildirib: “Telefonda uşağın səsini eşitmək istədim. Uşağın yatdığını bildirərək, telefonu bağladı. Sosial şəbəkədə paylaşdığı şəkilləri nəzərdən keçirəndə Suriyada çəkdirdiyi şəkillərdə tanımadığım adamlar gördüm. İŞİD-lə bağlı şəkillər də gördüm”.

Nüşabə





Həftənin ən çox oxunanları