Yuxarı

Hüquq müdafiəçisi bu dəfə həbsdəki MTN- çilərə baş çəkəcək

Hüquq müdafiəçisi bu dəfə həbsdəki MTN- çilərə baş çəkəcək

Elcin Behbudov

Hüquq müdafiəçisi Elçin Behbudov həbs olunan MTN əməkdaşlarının saxlanma şəraiti ilə tanış olacaq. Bu barədə məlumatı Cebhe.info-ya hüquq müdafiəçisi özü verib. O bildirib ki, hələlik həbs olunan şəxslərin saxlanma şəraitindən xəbərsizdir:

“Gedib onların saxlanma şəraitinin hansı vəziyyətdə olduğunu öz gözlərimlə görməmişəm. Ancaq yaxın günlərdə onların yanına getməyi planlaşdırıram”. Xatırladaq ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasına əsaslı şübhələr müəyyən olunub.

Nüşabə





Həftənin ən çox oxunanları