Yuxarı

Saray sakinləri ayağa qalxdı

Saray sakinləri ayağa qalxdı

suraxani

Suraxanı rayonunda sudan kütləvi zəhərlənmədən sonra bu dəfə Saray sakinləri təhlükə ilə üzləşib. Belə ki, Saray sakinləri dünən qəsəbəyə verilən içməli suyun keyfiyyətində dəyişiklik hiss etmələri barədə Azad İstehlakçılar Birliyinə müraciət ediblər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Cebhe.info-ya açıqlamasında sözügedən qəsəbədən dünən içməli suyun keyfiyyəti ilə bağlı daxil olan şikayətin araşdırıldığını bildirib: “Müraciət edənlər adi kran suyundan nümunəni bizə gətirərək, ekspertizadan keçirilməsini xahiş edib. Sakinlər  bildirdi ki, içməli su xoşagəlməz dad verir. Biz suyu ekspertizadan keçirdikdən sonra əlaqədar dövlət qurumlarına məlumat verəcəyik”.

Nüşabə





Həftənin ən çox oxunanları