Yuxarı

Ekspert: “İnsanlar rəsmi nikahdan qaçır”

Ekspert: “İnsanlar rəsmi nikahdan qaçır”

Mehriban ZeynalovaSon zamanlar ölkəmizdə nikahdankənar uşaqların sayının artdığı müşahidə olunur. Hətta rəsmi rəqəmlərdə ötən il dünyaya gələn körpələrin təxminən, 25 min nəfərinin nikahdankənar olduğu bildirilirdi. Nikahdankənar doğulanların say artımının isə müxtəlif səbəbləri var.

Səbəblər sırasında ilk yeri erkən nikahlar tutur. Belə ki, yetkinlik yaşına çatmayan gənclərin ailə qurması zamanı belə nikahlar rəsmiləşdirilmir. Belə ailələrdə doğulan körpələr də nikahdankənar sayılır. İkinci səbəb isə bəzi kişilərin rəsmi evlilikdən başqa, digər xanımla qeyri-rəsmi münasibətlər yaşamasıdır. Bu münasibətlərin sonu da dünyaya nikahdankənar körpələrin gəlməsinə şərait yaradır. İstər ana, istərsə də körpə üçün bu, gələcəkdə müəyyən problemlər yaradır. “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Cebhe.info-ya bildirib ki, rəhbərlik etdiyi quruma müraciətlərin böyük əksəriyyəti bu problemlə bağlıdır: “Nikahdankənar doğulan uşaqların say artımı təkcə erkən nikah və ikili ailə həyatı ilə əlaqədar deyil. Elə ailələr var ki, normal ailə həyatı qurduğu halda rəsmi nikahı yoxdur. Nikahdankənar doğulan uşaqlar vətəndaş və dini nikahda doğulan uşaqlardır. Əslində, insanlar nədənsə rəsmi nikahdan qaçır. Ona görə də biz insanların nə üçün rəsmi nikahdan qaçdığını araşdırmalıyıq”. M.Zeynalovanın sözlərinə görə, birliyə müraciət edən hər 10 qadından 4-ü bu problemdən əziyyət çəkir: “Əksər hallarda bizə müraciət edən qadınlara atalıq faktının müəyyən edilməsi, uşağın sənədlərinin alınması kimi hüquqi məsələrdə kömək edirik. Bundan əlavə biz həmin qadınlara psixoloji yardım da təklif edirik. Onların cəmiyyətə adaptasiyası üçün peşə kurslarına göndərir, iş yerləri ilə təmin edirik”.

Nüşabə





Həftənin ən çox oxunanları