Yuxarı

AXCP üzvü: “Azərbaycan gənci işsizlik girdabındadır”

AXCP üzvü: “Azərbaycan gənci işsizlik girdabındadır”

perviz hesimi

“Azərbaycanda kifayət qədər işsiz insanlar var. Bu günümüzdə dolların məzənnəsinin yüksək olması, Azərbaycanda neft gəlirlərinin aşağı düşməsi, həmçinin qeyri-neft sektorunun zəif inkişafı ölkəmizdə işsizlik problemini daha da dərinləşdirib. Hal-hazırda neftdən gəlirin doğru istiqamətlərə xərclənməməsi işsizlik problemini daha da sürətləndirir.

Bu problem aradan qaldırmaq üçün gəlirlərin düzgün idarə edilməsi və doğru istiqamətlərə xərclənməsinə dövlət tərəfindən ciddi nəzarət edilməsi şərtdir. Həmçinin gəlirlərin zavodlara, fabriklərə yatırılması, yeni iş yerlərinin açılması bu prosesin qarşısını bir müddətlik də olsa ala bilər”. Bunu Cebhe.info-ya AXCP-nin Nizami rayon çöbəsinin sədri Pərviz Həşimli bildirib. AXCP təmsilçisinin sözlərinə görə, ölkədə işsizliyin səviyyəsinin aşağı olması ilə bağlı təbliğat doğrular üzərində qurulmayıb: “Düzdür, televiziyalarda gözdən pərdə asmaq üçün minlərlə yeni iş yerlərinin açılması, işsizlik səviyyəsinin hətta az qala mənfiyə enməsindən ağızdolusu danışsalar da, bütün reallıq göz qarşısındadır. Ali təhsilini başa vuran gənclərin işlə təmin edilməsi həqiqətən də mümkünsüz bir işə çevrilib. Hətta onu da qeyd etmək yerinə düşər ki, ali təhsilli gəncin işlə təmin olunması üçün mütləq bir tanışlıq, qohumluq əlaqələri güclü olmalıdır. Əks təqdirdə sözün əsl mənasında, işsizlik ayaq tutub yeriyir. Azərbaycan gənci işsizlik girdabındadır".

Rövşən Əsədov





Həftənin ən çox oxunanları