Yuxarı

QHT sədri Dövlət Komitəsinə: “Cənablar, siz orada nə ilə məşğulsunuz?”

QHT sədri Dövlət Komitəsinə: “Cənablar, siz orada nə ilə məşğulsunuz?”

diaspor“Son zamanlar Avropadan ölkəmizə qarşı təpkilərin intensivləşməsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin günahının olmasını dilə gətirən insanlarımızın sayı artmaqdadır”. Cebhe.info-ya açıqlamasında “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı belə deyib.

“Bunu ölkə daxilində də, xaricdə də yaşayan azərbaycanlılar qeyd edirlər. Görünən odur ki, Ermənistanın Azərbaycana qarşı antitəbliğatının kökündə nə onun imkanları, nə də gücü dayanır. Dünyanın müxtəlif lobbi təşkilatları və diasporu bu ölkənin ruporuna çevirilib. Bəs bizdə niyə bu sahədə belə acınacaqlı vəziyyət yaranıb? Yaxın zamanlarda xarici ölkələrə səfər edən hər bir kəs diasporamızın güclü olmamasından şikayət edirlər. Niyə məhz biz 20 Yanvar, Xocalı soyqırımını anma tarixlərində 5-6 şəkillə xaricdə qeyd olunan tədbirlərin keçirildiyinin şahidi oluruq? Niyə həmin Avropada Azərbaycanın haqq işi ilə bağlı az və ya heç məlumatlı deyillər? Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərlərinə bu sualları ünvanlayıram: Cənablar, siz orada nə ilə məşğulsunuz? İnanıram ki, aidiyyəti qurumlar Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin fəaliyyətini araşdıracaq və nəhayət, qiymət veriləcək”, - deyə M.Əsgərqızı qeyd edib.

Mənsur





Həftənin ən çox oxunanları