Yuxarı

Azərbaycanda dəvələr azalıb

Azərbaycanda dəvələr azalıb

develer“Azərbaycanda dəvələrin sayında azalma müşahidə olunur”. Bu barədə Cəbhə.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, 2015-ci ilin yanvarın 1-nə qədər ölkədə 258 baş dəvə olub. Onların 84,5 faizi (218 baş dəvə) Abşeron, Aran və Yuxarı Qarabağ iqtisadi rayonların payına düşür.

Dəvələr barədə məlumatlar hər ilin yekunlarına əsasən əldə edilir və 2016-cı il yanvarın 1-nə olan statistik məlumatlar 2016-cı ilin mart ayına hazır olacaq. Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 6 baş dəvə və digər dəvələr fəsiləsindən olan heyvanlar gətirilmişdi ki, bu da 2014-cü ilin eyni dövründəkindən 36 baş azdır.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları