Yuxarı

Azərbaycanlı “generallar”dan dəstək: “Oğru”nun kamera qarşısındakı oyunu bağışlandı

Azərbaycanlı “generallar”dan dəstək: “Oğru”nun kamera qarşısındakı oyunu bağışlandı

ogrularTanınmış “qanuni oğru”, 51 yaşlı Şote İmnaişvilinin bir müddət əvvəl alınmış “oğru” statusu özünə qaytarılıb. Cebhe.info xəbər verir ki, “Paça” ləqəbli “oğru” ilə bağlı Sankt-Peterqburqda “sxodka” keçirilib. Onun kriminal aləmdəki nüfuzu, yaşı və Türkiyədəki mənbələrdən qazandığı dəstək nəzərə alınaraq statusu qaytarılıb.

Qeyd edək ki, Şota İmnaişvili bu ilin martında “obşak”dan yardım alması üçün Andrey Mırıçə müraciət edib. Ancaq pul əvəzinə onu möhkəm döyüb, statusdan mərhum ediblər. Həmçinin onun son dəfə polis tərəfindən salxandığı zaman özünü kamera qarşısında yaxşı aparmaması, davranışları “oğru aləmi”nə xoş gəməyib. Bir çox kriminal generallar narkotik maddənin təsiri altında olan Paçanın timsalında belə biabırçılığın ötən əsrin 90-c illərdindən etibarən şahidi olmadıqlarını bildiriblər. Məhkəmədən sonra Şota müalicə üçün Almaniyaya gedib. Yolüstü isə Türkiyəyə dönüb və burda aralarında azərbaycanlılar da olmaqla həmyerlilərinin dəstəyini qazanmağa çalışıb. Hətta buna nail olub. Daha sonra isə Paça heç kimə zərəri olmayan narkoman kimi xarakterizə edilib və məhz elə Mırıçın təşəbbüsü ilə statusu qaytarılıb. Bəzi məlumatlara görə, Mirıç beləlikıə Paçanın əvvəlki xidmətlərinin qarşılığını verib. Bundan başqa Rusiya mafiyasının “türk” adlandırdığı şəxslərin də dəstəyini alan “oğru”ya görə, Türkiyədəki dəstəyi itirmək Yunanıstanla gözlənilən “müharibədə” güc itirilməsinə bərabər olacaqdı. Məhz bunlar nəzərə alınaraq 51 yaşlı “oğru” öz “dünyasına” geri qaytarılıb.

Cebhe.info





Həftənin ən çox oxunanları