Yuxarı

Hərbi ekspert: "İbad başa düşüb ki, onun öldürdüyü Melkonyan deyil”

Hərbi ekspert:

uzeyir ceferovCebhe.info xəbər verir ki, Hərbi ekspert, I Qarabağ döyüşçüsü Üzeyir Cəfərov Azərbaycan mediasında İbad Hüseynov barədə gedən müzakirələrə münasibət bildirib. Ü. Cəfərovun sözlərinə görə, Azərbaycanda heç kimin cürəti çatmaz ki, Qarabağda döyüşmüş, can qoymuş İbad Hüseynovun haqqını tapdalasın və onu aşağılasın:

“Sadəcə Melkonyanla bağlı məsələ uzun müddətdir ki, müzakirə və mübahisə mövzusu doğurduğundan, mən də fikrimi yazmışam ki, bəli, İbad qardaşımız bu erməni alçağın öldürülməsində iştrak etməyib. Bunu konkret faktlar və sübutlar deyir. Onu cəhənnəmə vasil edən şəxslərin ikisi hal-hazırda Tanrının dərgahındadır, biri isə şükürlər olsun ki, sağdır”. Üzeyir Cəfərov qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanda bilməyən az adam var: “İbad özü də artıq başa düşüb ki, onun öldürdüyü erməni məhz Melkonyan deyil, ona oxşar bir başqasıdır. Sadəcə bəzi əldən natəmiz adamlar bu faktdan öz şəxsi maraqları üçün istifadə etməyə cəhdlər edirdilər, indi onlar da səhv yolda olduqlarını anladılar və susublar. Və düz də ediblər.

Bu çirkin işə məni də qoşmaq istəyirdilər ki, mən də mətbuatda azdan-çoxdan tanınan adam kimi bu reallıqdan uzaq kampaniyaya qatılım və xalqı inandırım ki, İbad Hüseynov Milli Qəhrəman adı alsın”. Üzeyir Cəfərov vurğulayıb ki, zaman-zaman bu məsələnin gündəmə gəlməsiylə İbad Hüseynovun özü və etdiyi şücaətləri gözdən salır: “Burada elə məsələlər var ki, mən o haqda geniş yaza və danışa bilmirəm ki, yağı düşmənlərimiz onan bizim əleyhimizə istifadə edə bilərlər”.

Mənsur





Həftənin ən çox oxunanları