Yuxarı

Yollarda bitən ömür: 20 uşaq həlak oldu

Yollarda bitən ömür: 20 uşaq həlak oldu

piyada qezasiİlin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə 676 yol- nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 197 nəfər həyatını itirib, 725 nəfər isə xəsarət alıb. Bu barədə məlumatı Cebhe.info-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov verib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 103 hadisə azalıb, 77 ölüm, 33 xəsarət sayı aşağı düşüb və dərəcələri yüngülləşdirilib.

Sürət həddinin aşması nəticəsində baş verən yol-nəqliyyat hadisələri 41 faiz, piyadalarla maşınların vurulması isə 50,6 faiz təşkil edib. Digər hadisələr isə yolayrıcını keçmə və hərəkət zolağına çıxma, ötmə və digər kobud manevretmə hesabına hadisələr yaranıb: “Vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün polis nəzarətçiləri tərəfindən 812299 adda inzibati protokol tərtib edilib. İnzibati protokollar arasında 14834-ü sərxoş halda avtomobil idarə etməsi faktı, 9000-dən artıq sürət həddinin aşması ilə bağlı, piyadaların vurulmasına görə 97340 inzibati protokol tərtib olunub. Küçə və prospektlərdəki yeraltı və yerüstü piyada keçidləri, həmçinin piyada səkiləri polis nəzarətinə götürülüb və 100-dən artıq polis əməkdaşı bu xidmətlərə cəlb olunub. Yol hərəkət qaydalarını pozan piyadalar məsuliyyətə cəlb olunur”.

Vaqif Əsədov onu da əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə məhz 2622 inzibati protokolun akt tərtib olunması onu göstərir ki, piyadalar arasında da nizam-intizam yüksəlir: “Yol hərəkəti sahəsində mədəniyyət səviyyəsi getdikcə yaxşılığa doğrudur. Yol hərəkət hadisələrinin baş verməsi bütünlüklə hərəkət iştirakçılarının hamısından asılıdır. Ötən il piyadavurma hadisəsi il 51,7 faiz təşkil edibsə, bu il bu rəqəm 50, 6 faiz olub. Ağrılı məqamlardan daha biri  isə odur ki, yol-qəza hadisələrində 52 nəfər azyaşlı – məktəbyaşlı iştirak edib. Nəticədə 20-yə yaxın uşaq həlak olub. Uşağın nə günahı var? Biz böyüklərin vəzifəsi odur ki, onların həyat və sağlamlıqlarını yol nəqliyyat hadisələrində qoruyaq. Ümumiyyətlə, ölkədə baş verən yol-nəqliyyat hadisələrinin sayı, onlar arasında piyadavurma ilə nəticələnən ölüm halları ictimaiyyətlə birgə bizi də çox narahat edir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları