Yuxarı

Mahmudəli Çöhrəqanlı: “Türklər fars rejiminin dərsini verdi”

Mahmudəli Çöhrəqanlı: “Türklər fars rejiminin dərsini verdi”

mahmudeli cohreqanliGüney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Güney Azərbaycanda İranın “Kanal 2” telekanalında soydaşlarımızın təhqir olunmasına etiraz olaraq keçirilən aksiyalara münasibət bildirib.

Cebhe.info xəbər verir ki, M.Çöhrəqanlı hər zaman olduğu kimi, Azərbaycan türklərinin fars rejiminin irqçi siyasətinə lazım olan dərsi verdiyini deyib. GAMOH lideri buna görə, Güneydə yaşayan soydaşlarımıza öz təşəkkürünü bildirib: “Bu gün dəyərli millətimiz onu assimilyasiyaya uğratmağa çalışanların xəyallarını puça çıxardı və milli varlığmıza sahib çıxdı.

Gələcək bizimdir, güc birlikdədir”. Xatırladaq ki, noyabrın 6-da İranın dövlət televiziyası “Kanal 2”-də yayımlanan “Fitilə” proqramında Güney Azərbaycandan olan türklər təhqir edilib. Buna etiraz olaraq on minlərlə insan küşələrə axışıb, aksiyaçılara qarşı zor tətbiq edilib, çox sayda saxlanan var.

Mənsur





Həftənin ən çox oxunanları