Yuxarı

“Ukraynanın 4 günlük qaz ehtiyatı qalıb”

“Ukraynanın 4 günlük qaz ehtiyatı qalıb”

qazpromRusiyanın “Qazprom” şirkətinin başçısı Aleksey Miller ölkəsindən Ukraynaya qaz ixracının azaldığını açıqlayıb. Cebhe.info-nun Ukrayna KİV-lərinə istinadən məlumatına görə, Miller Ukraynanın Rusiyadan 1 günə yalnız 10 milyon kubmetr qaz aldığını bildirib.

“Bu, əvvəlki aylarla müqayisədə 4 dəfə az deməkdir. Ukraynanın energetika şirkəti “Naftoqaz”ın maliyyə problemləri var. Bu isə ölkənin alıcılıq qabiliyyətini aşağı salır. Ukraynanın noyabrın 14-nə qədər bəs edəcək qaz ehtiyatı qalıb”, - deyə “Qazprom” başçısı vurğulayıb. Xatırladaq ki, iki həftə əvvəl “Naftoqaz”ın başçısı Andrey Kobolyevin 2016-cə ildə Ukraynanın Rusiya qazından imtina edəcəyini açıqlamışdı. O, gələn il ölkəsinin qaz ehtiyaclarının Avropa mənbələrindən ödəyəcəyini də demişdi.

Mənsur





Həftənin ən çox oxunanları