Yuxarı

Anormallıqlar niyə normallaşır?

Anormallıqlar niyə normallaşır?

siam ekizleriGenetik faktorlar... geni dəyişdirilmiş məhsullar... geri dönən insanlıq...

İndi dünyada 4 qolu, 2 ayağı, 1 başı olan siam əkizlərinin dünyaya gəlməsi normal hala çevrilir. İlk dəfə Taylandda doğulan siam əkizinin adı da bu ölkənin ilkin adı olan Siam sözündən götürülüb. 1811-ci ildə indiki Taylandda qarın hissəsindən yapışmış halda doğulan siam əkizləri 1874-cü ilədək yaşayıblar. Mənbələrdə əkizlərdən birinin 63 yaşında ürəyinin qəfil dayanması səbəbi ilə ölməsi yazılır, onun ölümündən bir neçə saat sonra digər əkizi də ölür.

Anormallıq normala çevrilir

Bu günlərdə Banqladeşdə doğulan ikibaşlı uşaq dünyanı heyrətə gətirdi. İki başı, iki boynu, iki onurğası olan qız uşağı həkimlərı doğuş anında sözün həqiqi mənasında şok edib. Əvvəllər USM müayinəsindən keçməyən ana övladındakı qüsurdan xəbərsiz olub. Dölün əkiz olduğu, daha sonra birinin inkişafdan dayanaraq, o birinin bədəninə yapışaraq təkrar inkişaf etdiyi ehtimal edilir. Tibbin “siam əkizi” adı verdiyi bu cür  uşaqlar bəzən əməliyyatla ayrılsa da, çox vaxt yaşamırlar. Banqladeşdə doğulan bu körpə isə ayrılmayacaq formadadır. 15-20 il öncəsinə qədər bizə möcuzə kimi gələn, eşidəndə təəccübdən mat qaldığımız bu kimi hadisələr indi adi hala çevrilib. Dünyada 4 qollu, 4 ayaqlı, ikibaşlı, bir bədənli, yaxud da əksinə, ikibədənli və bir başlı uşaqların doğulması halları çox baş verir. Bunun üçün internetdə kiçik bir araşdırma edərək faktları gözünüzlə görə bilərsiniz. Bir neçə il öncə ölkəmizdə də 4 qollu, 4 ayaqlı uşağın doğulması qeydə alınmışdı, ana bətnində inkişafdan dayanan döl öz əkizinin bədəninə yapışaraq orda inkişaf etmişdi. Uşaq Pediatriya Elmi Tədqiqat İnstitutunda körpə qızın orqanizminə parazit kimi yapışaraq sidik sistemi və bağırsağa malik olan ikinci döl körpənin qarın nahiyəsindən əməliyyatla kəsilərək götürüldü. Uşağın səhhətində heç bir problemin yaşanmadığı açıqlandı və bu halın o qədər də möcüzəli olmadığı deyildi.

Siam əkizi necə yaranır?

Ümumiyyətlə, siam əkizləri tək yumurta əkizlərindən olur. Mayalanmış yumurta sonradan ikiyə ayrılaraq iki dölün inkişafına və beləcə əkizlərin doğulmasına səbəb olur. Amma bəzən ana bətnində anormallıq yaranaraq əkiz uşaqlar siam əkizinə çevrilir. Belə ki, ikiyə ayrılmalı olan mayalanmış yumurta tam olaraq ayrılmır, müəyyən dərəcədə yapışmış formada qalır. Beləcə inkişaf edən əkizlər bəzi orqanları yapışıq və ya ortaq olaraq doğulur.  Bəzən başından, bəzən qollarından, bəzən qarnından, bəzi hallarda isə onurğalarından bir-birinə yapışmış halda doğulan siam əkizlərini əməliyyatla ayırmaq da mümkündür, amma bu çox az hallarda baş verir. Çünki bir çox siam əkizi ortaq orqanlara və ya onurğaya malik olur.

Siam əkizləri hər 5 haldan birində canlı doğulur, bir çox halda ana bətnində və ya doğuş əsnasında ölürlər. Dünyadakı doğuşların 200 minindən biri siam əkizinin doğuşudur. Eyni yumurta əkizlərinin təxminən, 130 haldan birində yapışaraq siam əkizi olur. Qısaca deyə bilərik ki, dünyada doğulan hər 500-600 eyni yumurta əkizindən biri siam əkizi kimi doğulur.

Bu, adi inkişaf qüsurudur?

Bu günədək dünyada başından və ənsəsindən yapışmış, sinəsindən, qarnından və göbəyin alt qismindən yapışmış, onurğanın qurtaracağından yapışmış halda doğulan siam əkizləri olub. Bundan əlavə tam inkişaf etməmiş dölün əkizinin bədəninə yapışaraq bir parazit kimi inkişaf edərək nəticədə siam əkizinin doğuşuna səbəb olması faktları da çox baş verir. Tibb elminin “Epiqastral heteropaqus” adlandırdığı bu hal assimetrik birləşmiş əkizlərdir ki, bu zaman parazit döl autozit dölün qarnına yapışmış vəziyyətdə olur. Bu hala yeni doğulmuş 1 milyon körpə arasında 1-2 dəfə rast gəlinir. “Epiqastral heteropaqus” parazit dölün ən az rast gəlinən formasıdır. Dünya təbabətində indiyədək 44 belə hal qeydə alınıb.

Respublikanın baş pediatrı Nəsib Quliyev deyir ki, siam əkizlərinin doğulması  adi inkişaf qüsurlarıdır: “Bunlar hər yerdə baş verir. İnkişaf qüsurları tezliyinə baxanda əslində görmək olar ki, ən çox inkişaf qüsurları ürək-qan-damar sistemində olur. Bəzi vaxtlarda bu qüsurlar böyrəklərdə olur. Eyni zamanda ekoloji problemlər, genetik modifikasiya olunmuş məhsullar da gen mutasiyasına gətirib çıxara bilər”.

Hamilələr nəzarətə götürülmədiyi üçün...

Tibb eksperti Sadiq Həşimovun sözlərinə görə, bu hallar elə bizim ölkəmizdə də çox baş verir, çünki hamiləliklərin çoxu pataloji hamiləliklərdir. Ekspertin sözlərinə görə, düzgün aparılmayan hamiləlik, nəzarətsiz böyüyən döl, cinsi yolla keçən infeksiyalar bir çox doğuş anomaliyalarına səbəb olur. Eybəcər uşaqların doğulması çox vaxt cəmiyyətdən gizli saxlanır. Bu Yaponiyaya atılan iki nüvə bombasından sonra doğulan dəhşətli görünüşə malik uşaqlara da aiddir. O dövrdə radiasiyanın təsirinə məruz qalmış insanlardan doğulan körpələr cəmiyyətdə dəhşət yaratmaması üçün elə doğuş otağındaca iynə vurularaq öldürülürdü.

Həkim deyir ki, Bakıda anormal doğulub ölən uşaqların skeletlərinin qorunub saxlanıldığı muzey də fəaliyyət göstərir və bu, tibb tələbələri üçün vacib təcrübə mərkəzidir: “Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən muzey 1919-cu ildə yaradılıb. Hazırda sözügedən muzeydə 7 mindən çox eksponat var ki, onlardan da bəzilərinin yaşı 50-60 ildən artıqdır. Muzeyin eksponatları arasında eybəcər, anomaliya şəklində doğulan insanların əzaları, qan-damar sistemi və daxili üzvlər, sinir sistemi və skeletlər, dayaq-hərəkət üzvləri var. Orda siam əkizinin, təpəgöz uşağın, beyni olmayan insanın skeletləri də var”. Qeyd edək ki, muzeydə saxlanılan nadir eksponatlardan biri də bu yazımızda bəhs etdiyimiz siam əkizlərinə aiddir. Əkizlər 2006-cı ilin iyulunda Bakıdakı "Semaşko" xəstəxanasında vərəm xəstəsi olan anadan doğulublar. Onların bir bədən, iki baş, dörd əl, iki ayağı olub.

Müsahibimiz deyir ki, ana-uşaq proqramı dövlətin əsas bazası kimi qəbul edilməli, hamiləliklər və doğuşlar xüsusi nəzarətə götürülməli, körpələrin sağlamlığı üçün mümkün olan hər yola baş vurulmalıdır: “Talassemiyalı uşaqlar hər gün artır, çünki ata və ana lazımi analizlərdən keçməyərək evləniblər, skelet pozuqluqları çoxalır, cəmiyyət öz ilkin insan formasına doğru gedir, deformasiyaya uğramış bədən, anormal doğulan uşaqlar nisbəti hər gün çoxalır. Bütün anomaliyaların bircə səbəbi var - qeyri-normal həyat tərzi. Alkoqol, geni dəyişdirilmiş qidalar, narkotik də bu anomaliyada xüsusi paya malikdir”.

GMO anomaliyaların əsas səbəblərindən biridir

Qeyd etmək yerinə düşər ki, hər gün artan doğuş anomaliyalarında genetik modifikisiya olunmuş (GMO) məhsuların rolu böyükdür. Təsadüfi deyil ki, ən çox GMO idxal edilən ölkələrdə bu cür anormal doğuş hadisələri çox rastlanır.

Artıq bir çox ölkədə fərqli təcrübə və araşdırmalar nəticəsində təsdiqlənmiş faktlar var ki, geni dəyişdirilmiş məhsullar eybəcər və şikəst uşaqların doğulmasına səbəb olur. Davamlı olaraq GMO ilə qidalanan adamın övladlarında dəyişikliklər təhlükəli, nəvələrində isə daha faciəli formada olur. Sonsuzluq faizinin artmasında GMO məhsulların payı böyükdür, üstəlik, bu hal genetik olaraq nəsildən-nəsilə keçir və nəticədə nəsil artımına ciddi təsir edir. Məlumat üçün qeyd edək ki, genetik təcavüzə məruz qalmış bu məhsullar insan orqanizminin bioloji vəziyyətini və genetik strukturunu dəyişir. GMO immuniteti məhv edir, bu isə bütün mümkün qorxulu xəstəliklərin yaranması və rahat inkişaf etməsi üçün imkan yaradır. Bütün növ süni uşaq qidalarının tərkibində GMO var, sadəcə, qablaşdırmanın üzərində yazılmır. Ana südündən məhrum uşaqların qidalanmasında xüsusi çəkiyə malik olan süni uşaq qidaları gələcək nəsillərin anomaliyasında əvəzsiz “töhfə”sini verir. Xüsusilə də hamilələrin genetikası dəyişdirilmiş məhsullarla qidalanması dölün fiziologiyasını dəyişir. Hələ ana bətnində ikən GMO məhsullarla tanış olan qız uşaqları üçün təhlükə daha böyükdür. Fizioloji baxımdan daha çox zərər görən qız körpələri uşaq yaşda menstural tsiklin pozularaq erkən baş verməsinə məruz qalırlar. GMO ilə qidalanan anaların uşaqları artıq çəkili doğulur, immun sistemi zəif olur, inkişaf qüsurları çox olur, boyları yaşıdlarından kiçik olur, piylənməyə meylli olurlar.  Hamiləlikdə GMO-lu məhsullar qəbul edən qadınlar övladlarının beyin hüceyrələrində anormallığın təməlini qoymuş olurlar. Bəzi anormallıqlar körpə doğulan kimi hiss edilsə də, bəzi  anomaliyalar illər ərzində məlum olur. Sonda qeyd edək ki, mobil telefonların, WİFİ internet sisteminin, mikrodalğalı sobaların yaydığı elektromaqnit şüaların da anormal uşaqların doğulmasına böyük təsiri var. Texnoloji  yenilik insanlığa ikiqat artıq zərər verir.

Lalə Mehralı





Həftənin ən çox oxunanları