Yuxarı

Təhlükəli süfrə çayları

Təhlükəli süfrə çayları

cempionİçdiyimiz çayların keyfiyyəti və dadsız olması ilə bağlı məsələ gündəmə gəlib. Ekspertlər hesab edir ki, insanın gündəlik qidalanmasının əsasını təşkil edən iki əsas ərzaq məhsulundan biri sayılan çayın keyfiyyət dərəcəsinin aşağı olması və tərkibinə zərərli qatqıların əlavə edilməsi istisna deyil. Hal-hazırda çay bazarında təmiz, qatqısız və təbii çay tapmaq çox çətinləşib. Bəzi işbazlar əlavə qatqıları təbii çayın tərkibinə qataraq bundan çox gəlir əldə etmiş olurlar. 

Bundan əlavə, paket çay adı altında satışa buraxılan kompaktlığı ilə rahatlıq yaradan çayların da insan orqanizminə ziyanı heç də az deyil. Məsələ ilə bağlı “Altay” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, hazırda Azərbaycanda satılan çayların çoxu keyfiyyətcə aşağıdır: “Şəxsən mən özüm 10 ildən artıqdır ki. Qara çaydan imtina etmişəm. Çayların dəmləmə metodu və dadı ilə onun keyfiyyətliliyini yoxlamaq mümkündür. İki dəqiqəyə dəm alan çay təbii ola bilməz. 15 dəqiqəyə rəngi düzələn çayı təbii hesab etmək olar. İndiki çaylar yarım dəqiqəyə rəng alır və spesifik dada malikdir. Belə çaylara kimyəvi qatqılar vurulur. Satışda limonlu, çiyələkli və digər xüsusi dadlarla çaylar var ki, onların tərkibinə xüsusi zərərli qatqılar vurulur. Bunlar isə öz növbəsində təhlükəli xəstəliklərə yol açır. Ona görə də istehlakçılar ətirli, spesifik dada malik çaylardan uzaq durmalıdırlar.

Bəzi satış mərkəzlərində, bazarlarda emaldan keçməmiş açıq çaylar satılır. Belə emal olunmamış çaylar gec dəm alır. Azərbaycanda istehsal olunan çaylar əslində, eyni tərkibdə istehsala buraxılır. Amma “Azərçay” nisbətən təbii görünür. Bir də yaşıl çay tam emal olunmur, yəni tam yetişməmiş dərilir”.

Elçin Bayramlının sözlərinə görə, bir nəfərlik satılan paket çayları da keyfiyyət baxımdan zərərlidir: “Birdəfəlik paket çayından istifadəni də məsləhət bilmirəm. Məhsuldarlıq yüksək olsun deyə çayı birdəfəlik paket şəklində istehsal edirlər. Bu toz şəklində olan çay keyfiyyətcə çox aşağıdır”.

Ekspertin fikrincə, Azərbaycanda istehsal olunan çaylar keyfiyyət baxımından daha yüksək olmalıdır: “Azərbaycanda torpaq imkan verir ki, keyfiyyətli çay yetişsin. Əgər onu çox  kimyəvi emala məruz qoymasalar, əlavə maddələr qatılmasa keyfiyyətini və təbiiliyini saxlayar. Bizim istehsalda sadə və xüsusi dada malik olan çaylar var. Görüntüdə effektli, tez rəng alan və kənar dad gələn çaylardan kənar durmaq lazımdır. Çayda kənar dad olmamalıdır, onun özünün dadı olur. Ultra ximikatlar və xüsusi gücləndirilmiş çaylar insan orqanizminə zərərdir. Belə səbəbdən təhlükəli xəstəliklər yaranır. Birdəfəlik paketlərdə olan yaşıl çayları məsləhət görərdim. Ümumiyyətlə, Dünya Araşdırmalar Mərkəzi göstərir ki,  qida məhsullarına vurulan kimyəvi dividentlər, konservantlar təhlükəli xəstəliklər yaradır. Süni şəkildə çiyələyin və hansısa meyvənin dadını verən çaylar daha zərərlidir. Çay çiyələk dadı verə bilməz. Həmçinin çay yaxşı dada bilməz. Ona da kimsə çiyələk yığıb qatası deyil. O çiyələyin dadını verən xüsusi kimyəvi maddələr var. Bunun bəziləri qadağan olunmuş kateqoriyalara aiddir. Sadəcə, bizdə buna nəzarət yoxdur. Belə zərərli çayların tərkibini yoxlamaq üçün kimyəvi labaoratoriyalar mövcud deyil. Alıcılar belə çayların tərkiblərinin fərqində olmurlar və istifadəyə geniş yer verirlər. Məhz bu səbəbdən təhlükəli xəstəliklərin sayı çoxalır.  Xaricdən gətirilən çaylardan fərqli olaraq milli çaylara daha üstünlük verilməlidir. Çayın bahalılığı onun keyfiyyətli olmasına əsas vermir. Belə çayların effektli və daha dadlı olduğunu əsas gətirən bəzi işbazlar onu baha qiymətə satırlar. Ona görə də çay içən hər bir kəsə gec dəmlənən və kifayət qədər sadə qutularda olan çaylara üstünlük vermələrini məsləhət görərdim”.

Qeyd edək ki, ölkəmizdə çayın ən çox qara və yaşıl növləri içilir, ümumilikdə isə çayın 1500-dən çox növü var. Dünyada çayın əsasən, 10-a yaxın növü daha çox içilir.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları