Yuxarı

Nazirlik “Pensiyaçılar acından ölsün?” deyən müğənni ilə bağlı qərar verdi

Nazirlik “Pensiyaçılar acından ölsün?” deyən müğənni ilə bağlı qərar verdi

nura suri929 manat vergi cəriməsi ilə üzləşən tanınmış estrada müğənnisi Nura Surinin Vergilər Nazirliyinə ünvanladığı məktuba cavab verilib. Bu barədə Cebhe.info-ya müğənninin özü məlumat verib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi onun müraciətinə əsasən cəriməsinin olub-olmaması ilə bağlı yoxlama aparıb və ona tətbiq olunan cərimə ləğv olunub: “Bu günümü xoş xəbərlə açdım. Vergilər Nazirliyinə yazdığım ərizəyə baxıldı və müsbət cavab verildi. Yoxlanıldı, cərimə ləgv olundu. Şükür, Allah hamının işini avand etsin”.

Qeyd edək ki, Nura Suri son devalvasiyadan sonra Cebhe.info-ya müsahibəsində “Pensiya alan adam bunu necə ödəyəcək? Yemək yeməyəcək? Acından öləcək? Mənə yalnız maraqlı olan tərəf budur” sözləri ilə gündəmə gəlmişdi.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları