Yuxarı

Maaşlar da artırılacaq

Maaşlar da artırılacaq

pulYaxın vaxtlarda Azərbaycanda əmək haqlarının artımı ilə bağlı yeni fərman və sərəncamların imzalanması gözlənilir. Fins.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması nəzərdə tutulur. Bu yeniliklər nəticə etibarilə ümumilikdə 3,6 mln. nəfəri əhatə edəcək. Xatırladaq ki, Azərbayanda pensiya və digər sosial müavinətlərin artırılması ilə bağlı prezident İlham Əliyevin yanvarın 16-da imzaladığı fərman və sərəncamlar 1,85 milyon nəfərdən çox insanı əhatə edəcək.

Cebhe.info





Həftənin ən çox oxunanları