Yuxarı

Multikultiralizimin əsas elmi konsepsiyasi liberalizimdir

Multikultiralizimin əsas elmi konsepsiyasi liberalizimdir

12642493_10153128721561191_7071672041878437061_n“Bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. İqtidar Azərbaycanı “multikultural dəyərlərə sahib bir ölkə” kimi təqdim etməkdədir. Əslində, multikulturalizm Qərbdə inkişaf edib və yayılmağa başlayıb. Lakin, bu gün demək olar ki, əksər Avropa dövlətləri multikulturalizm ideyasından imtina edir. Onlar bunun özlərinin sosial və mədəni yaşayışı, nizamı və gələcəyi üçün təhlükə kimi görməkdədir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının beyin mərkəzi olan İctimai Fikir Akademiyasının bu dəfəki tədbiri “Multikultiralizim nədir” mövzusunda keçirilib. “Multikulturalizm nədir” mövzusunda keçirilən tədbirdə məruzəçi siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov çıxış edib.

 "Multikultiralizim nədir?"

"Multikultiralizm bu gün cəmiyyətdə qeyri-rəsmi yerlərdə də artıq müzakirə mövzusu olub. Çayxanalarda və digər istarəhət yerlərində də bununla bağlı söhbətlərin şahidi oluruq. Multikultiralizim əslində yeni ideya deyil, bu əvvəllər də mövcud olub. Fikirlər səslənir ki, bu Şimali Amerikada yaranıb və Avropada yayılıb daha sonra bundan imtina olunub. Əslində, bu, belə deyil. Sadəcə multikultiralizm çox mürəkkəb bir model olduğuna görə, bundan imtina olunub. Multikultiralizmin ABŞ, Avstraliya, Kanada, İsveçrə, Bolqarıstan modelləri var. Ancaq bu modellərin heç biri bir-birini təkrarlamır. Ola bilər ki, dövlətlərin siyasəti və ideologiyaları bənzər olsun, ancaq multikultiralizm hər bir cəmiyyətdə spesifik və fərqli modeldə özünü biruzə verir. Yalnız Kanada və İsveç modelində oxşarlıq var və bu oxşarlıq da səbəbsiz deyil... Bu miqrat axını ilə əlaqələndirilir. Ancaq bunda da xarici bənzərlik var. Onların daxilinə nəzər salsaq, görərik ki, orda da fərqli olan məqamlar çoxluq təşkil edir."

 

Multikultiralizmin mədəni və siyasi tərəfləri var.

"Əsasən bunu mədəni tərəfdən təbliğ edirlər ancaq bunun siyasi tərəfləri də çoxdur. Azərbaycanda niyə 2016-cı ili multikultiralizm ili elan olunub? Bunun əsasən siyasi tərəfləri var. Bu Azərbaycan üçün çox önəmlidir və çox düşünülmüş bir addımdır. Multikultiralizmin əsas elmi konseptual əsasları liberalizimə söykənir. Liberalizim də demokratik ölkələrə xas olan konsepsiyadır. Ancaq bununla belə, liberalizimlə multikultiralizm arasında fərqlər var. Liberalizm  fərdlin hüquq və azadlıqlarını özündə ehtiva edirsə, multikulturalizm isə fərdlərin, ayrı-ayrı qrupların, dini konfessiyaların, etnik qrupların birgə yaşayışını təmin edir. Burada əsas mahiyyət çoxmədəniyyətlilik fonunda fərqli mədəniyyətə, dinə mənsub insanların öz mədəniyyətlərini, dinlərini qoruyaraq birgə yaşamalarıdır. Burda ayrı - ayrı milli mədəniyyətlər paralel şəkildə inkişaf edərək bir-birlərini zənginləşdirirlər. Bunun alternativi separatizm və etnik qarşıdurmalardır. Avropada istənilən mütəxəssisdən  balkanlarda ilk münaqişələrin harada yarandığını soruşsalar, təbii ki,  Bolqarıstanı deyəcəklər. 1 milyon müsəlman yaşayır Bolqarıstanda. Onların 800 mini Osmanlı dövründə islamı qəbul etmiş bilqarlar, 200 mini isə sonradan islamı qəbul edənlərdir. Hökümət ilk vaxtlarda 400 mini deportasiya elədi. Amma bu heç bir nəticə vermədiyindən miqrasiya haqqında qanun qəbul etməyə məcbur oldular. Avropada  islamafobiyanın  yaradan səbəblərdən biri də elə multikulturalizmə arxa çevirmələri oldu. Bu səbəbdən qeyd etməyim yerinə düşər ki,  Azərbaycançılığın özü  multikulturalizmin  ən nümunəvi bir modelidir. Azərbaycanda olan bu model dünya üçün örnək olmalıdır. Azərbaycanın Dağlıq Qarabağ adlı böyük problemi var. Multikulturalizm ili elan olunmasının  bir sıra siyasi tərəfləri də var. Beynəlxalq hüquq çərçivəsində həllini gözləyən bu problem Azərbaycan tərəfi üçün üçün avantaj gətirən məsələlərdəndir. Bu problemin həlli mexanizmi beynəlxalq hüquq normalarına əsasən hazırlanır."

"Burada iki prinsip var."

"Bunlardan biri millətlərin öz müqəddəratını təyin etmə hüququdursa   ermənilər artıq bu hüquqdan istifadə edərək, klassik Azərbaycan torpaqları hesabına bir Ermənistan dövləti yaradıblar. Digəri isə dövlətlərin ərazilərinin bölünməməsi prinsipidir. DQR-in Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması bütün beynəlxalq təşkilatların qərarlarında öz əksini tapıb.  Ermənilər isə, əsasən birinci prinsipi əllərində bayraq ediblər. Bu qanun  I dünya müharibəsində  Paris Sülh Konfransında ABŞ prezidenti Vidro Vilson tərəfindən təqdim olunub. Bildirməliyəm ki, o dövrdə kalonial sistem mövcud idi. Birinci və ikinci dünya müharibəsi də bu səbəbdən baş vermişdir. Çünki o zaman Çar Rusiyası, Osmanlı İmperiyası , Avstriya-Macarıstan imperiyaları mövcud idi. İmperiyalardan xilas olmaq üçün bu prinsiplər təklif olundu. Azərbaycan da  Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə vaxtilə bu hüquqdan istifadə edərək Paris Konfransında öz müstəqilliyini tanıtdırdı. V.Vilsonun prinsipləri Millətlər Liqasının nizamnaməsində öz əksini tapmışdı.  İkinci Dünya müharibəsindən sonra Millətlər Liqası problemlərin həlli istiqamətində rol ala bilmədi və daha funksional mötəbər beynəlxalq qurum Birləşmiş Millətlər Təşkilatı yarandı. Birləşmiş Millətlər Təşkilatı yarananması ilə müstəmləmləkə sistemi ləğv olundu. Hazırda  müstəmləkə sistemi dünyada mövcud deyil və V.Vilsonun prinsiplərinə daxil olan bu məşum ,,millətlərin öz müqəddəratını  təyin etmə etmə hüququ  da hüquqi qüvvəsini itirməlidir, fikrimcə, bu, kalonial sistemlərə şamil olunmalıdır."

 

"Hər ölkədə demək olar ki, etnik azlıqlar var"

Ancaq burada başqa bir məsələ var. Hər bir ölkədə demək olar ki etniklər var. Bunlar öz müqəddəratını necə həll edə bilər ki? Rusiyanın özündə 100, Çində 55-dən  çox etnik qrup var. Azərbaycanda da avtoxton milli azlıqlar var.  Belə ki, xınalıq, ləzgi, avar, udin və s. bu qəbildəndir. Yəni Azərbaycan onların da Vətənləridir. Bunlar əsrlərdir burada yaşayıb. Bizdə alloxton milli azlıqlara isə ruslar, ukraynlar, polyak və s. aiddir. Yəni bunlar  alloxton milli azlıqlara şamil olunurlar. Dünyada 4000-dən yuxarı etnos var. Hər bir milli azlıq, hər bir xalq özünün Milli Azadlıq Hərəkatına başlasa, onda dünyada nələr baş verər? Mən tam səmimi deyirəm ki BMT-nin nizamnaməsində olan bu qanun hegomon dövlətlərin kiçik ölkələrin coğrafiyasını dəyişmək üçün bir vasitədir. Azərbaycan prezidenti dəfələrlə beynəlxalq tədbirlərdə bildirib ki, ermənilər tarixi Azərbaycan torpaqlarında öz dövlətlərini qurublar."

 

"Azərbaycanda niyə multikultiralizim ili elan olundu?"

 "Ermənilərin böyük diasporaları var, hətta onlar Amerika kimi böyük dövlətin siyasətinə təsir edə bilir. Onlar belə bir fikir formalaşdırır ki, orada şərq sivlizasiyasıdır, bizim onlarla birgə yaşayışımız mümkün ola bilməz. Çünki beynəlxalq hüquq  çərçivəsində dövlətlərin ərazilərinin bölünməməsi prinsipini ortadadır. Onlara Azərbaycanın tərkibində muxtariyyət verilməsi gündəmə gətirilib. Biz 2016-cı ili multikultiralizim elan etməklə sanki bütün dünyaya bir mesaj verdik. Yəni ki, burda ermənilərdən başqa milli azlıqlar yaşamır ki? Bakının özünün də spesifik  multikultiralizm dəyərləri var və bu ənənələr  çox qədimdir. Mən Ukrayna modeli ilə tanış oldum. Bir mütəxəssis fəxr edir ki, Ukraynada 3  müxtəlif təriqətli kilsəsinin birgə yaşamasını göstərir. Bunu konfessional plüralizm adlandırır.  Onlarda meqa azlıq (yəni, çoxluq təşkil edən azlıqlar) ruslardır.  Ukraynada dövlət dili Ukrayna dili olsa da, insanların 83 faizi rus dilində danışır. Xiristian ölkəsində 3 kilsənin bir yaşaması ilə fəxr edirlərsə, bəs Azərbaycanda 3 fərqli dinin mənsubları bir yerdə necə yaşayırlar?! Yəhudilərin bəlkə də tarix boyu ən rahat yaşadıqları, məskunlaşdıqları yer Bakı olub. Xiristianları götürək, onlar da eyni qaydada rahat məskunlaşıblar. Və eyni zamanda Bakıda vəhdət namazı qılındı. Bu dünyaya bir meaj idi. Biz multikultiralizmi reklam etmirk, biz sadəcə olanı göstəririk. Azərbaycanda multikultiralizim ənənə halını alıb, bu, qədimdən belədir. Bu təbii şəkildə formalaşıb. Multikultiralizmin  İsveç modeli də maraqlıdı. Hələ1976-cı ildən miqrantlara səs vermək hüquqi verilib. 1997-ci ildə miqrasiya haqqında qanun qəbul olundu."

 

"Multikultiralizim sözü ilk dəfə harada yaranıb?"

 "Multikultiralizm sözü ilk dəfə 1970-ci ildə Avstraliyada AL Krezbi yeni yaranan miqrasiya naziri tərəfindən işlədilib. Azərbaycanda multikultural cəmiyyət sanki təbii şəkildə formalaşıb. Azərbaycanda elə kəndlər var ki, o kəndə hansısa eknik qrup yaşayır və özlərinə məxsus dildə danışırlar. Və Azərbaycan dilini də dövlət dili kimi qəbul edir və  sevə - sevə danışırlar. Biz bunu niyə dünyaya göstərməyək? Dünyanın heç bir yerində Azərbaycandakı qədər çoxmədəniyyətlilik  yoxdur. Bu yalnız bizdədir. Hərdən rast gəlirəm ki, mətbuatda multikultiralizmi tənqid edirlər. Mən də çox şeyi tənqid edirəm, ancaq başa düşə bilmirəm ki, bu multikultiralizmi niyə tənqid edirlər? Bu, ümumi dövlət strategiyasına xeyir verən ənənələrin daha da  inkişaf etdirilməsi məsələsidir. Həqiqətən də Azərbaycançılıq özü nümunəvi bir multikulturalizm modelidir. "

Vilayət Muxtar





Həftənin ən çox oxunanları