Yuxarı

“Azərenerji”yə bağlı şirkətə qarşı pul iddiası

“Azərenerji”yə bağlı şirkətə qarşı pul iddiası

FaKIDjH“Həmişə olduğu kimi, müstəqil mətbuat bizim hüquqlarımızı qoruyan yeganə ümid yerimizdir. Hansı dövlət orqanına müraciət etsək də, əlacımız yenə sizdə olur”. Bu sözlər “AZƏRENERJİ”yə bağlı olan “AZENCO” ASC- dən işdən çıxarıldığını bildirən Hüseynov Nicat Xudaverdi oğlunun Cebhe.info-ya ünvanladığı şikayət məktubunda yer alıb.

Şikayətçinin sözlərinə görə, 2016- cı il yanvarın 5-“AZENCO” ASC-dən işdən çıxarılıb: ““İşdən çıxarılmışam” dedikdə, digərləri kimi öz xahişimlə işdən çıxmaq ərizəsi yazmağa məcbur edilmişəm. Belə hazır (şablon) ərizələr tarixi qoyulmamaq şərti ilə hər bir işçiyə imzalatdırılıb.

İki aydır ki, işdən çıxmağıma baxmayaraq, mühasibatlıq mənimlə haqq-hesab etmək istəmir. Cavabları da odur ki, pulumuz yoxdur, get, nə edirsən-et. İdarənin mənə üç minə yaxın borcu qalıb. 2015- ci il dekabr ayının əmək haqqı, tam 13 aylıq ezamiyyət pulum, dekabr ayının maaşı və 7 ilin məzuniyyət pulu mənə verilmir.

Ümumiyyətlə, Əmək Məcəlləsinin aşağıdakı maddələri kobud şəkildə pozulur :

Maddə 69,bənd 7;

Maddə 135,bənd 1,2;

Maddə 144,bənd 2;

Maddə 172,bənd 4,5;

Maddə 178,bənd 1;

Maddə 195,d

Məni 7 il məzuniyyətsiz işlədib, istismar ediblər. Heç olmasa, indi o yeddi ilin məzuniyyət pulunu verin. Sosial kartıma da pul tam köçürülməyib. 2013 və 2015-ci illərin pulu qeybə çəkilib. Əlbəttə ki, hüquqlarımı qoruya biləcək bütün dövlət orqanlarına müraciət etmişəm... Yəqin onların daha vacib işləri var.

Hələlik, iş tapa bilmirəm. Xahiş edirəm, hüquqlarımın bərpa olunmasında mənə köməklik edəsiniz”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları