Yuxarı

“Nazir kafeni şəxsən özü əlimdən aldı...”

“Nazir kafeni şəxsən özü əlimdən aldı...”

eldar_mahmudov_190913Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan iş adamı, “Texnikabank”dan saxta sənədlərlə iri məbləğdə kredit götürüb mənimsəməkdə ittiham edilənlərdən biri Kərimov Rauf Faiq oğlu keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və komandasının onu necə taladıqlarını açıqlayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda iş adamının mətbuata göndərdiyi müraciətdə deyilir. Onun müraciətinin tam mətnini azpolitka.info saytı dərc edib. Müraciət prezident İlham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, habelə “Texnikabank ASC”-nin ləğvedicisi təyin olunmuş “M.M.M. Perfekt Konsaltinq” MMC-nin rəhbərliyinə ünvanlanıb. F.Kərimov 2014-cü ilin martında, özünün dediyi kimi, “saxta ittihamlarla” həbs olunub. Ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

F.Kərimov “Meredian Company” MMC-nin sahibi olub. Həmin MMC “Bakı Mehmanxanası” ASC-nin səhmlərinə nəzarət edirdi.  İtthamlara əsasən o, şəriki  Hacıyev Cavidan Mustafa oğlu ilə birlikdə 25 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında “Texnikabank” ASC-dən “Faktum”, “Sağlam Rəqabət”, “Transalyans”, “İnter Alyans LTD” MMC-lərin adına 25 milyon manat, 20 dekabr 2008-ci il müqavilələri əsasında isə “Bəzz” və “Faktum” MMC-lərin adına 5.1 milyon manat, ümumilikdə isə 30.1 milyon manat pul vəsaitini götürüb və mənimsəyib. İş adamı bu ittihamları qəbul etmir. Bildirir ki, “Texnikabank”dan götürdüyü kreditlərə görə, həmin mehmanxananın 50 milyon manatlıq səhm paketini banka girov qoyub, üstəlik, kreditlərin bir hissəsini qaytarıb.

F.Kərimov deyir ki, onu Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin və qruplaşmasının sifarişi ilə həbs ediblər. Xatırladaq ki, “Texnikabank” MTN maskalılarının basqınından sonra Etibar Əliyevin əlindən alınmışdı və Cahangir Hacıyevin nəzarətinə keçmişdi. F.Kərimov və digərləri isə məhz həmin dövrdə bankdan on milyonlarla manat krediti götürüb mənimsəməkdə ittiham edilirlər.

Həbsdəki iş adamı yazır: “Bu adam (C.Hacıyev-red.)  illərlə mənə təzyiqlər etdirdi, şər-böhtanla dəfələrlə məni hədələdi. İş o yerə çatdı ki, məni keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar, hədə-qorxu gəldilər, şantaj etdilər. Keçmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev məni şantaj etdi, hədə-qorxu gəldi və həmin idarənin şöbə rəisi, polkovnik Vüsal Ələkbərov məndən 1 milyon manat pul aldı. Keçmiş MTN şefi Eldar Mahmudov mənə məxsus “Çinar” kafesini qanunuz şəkildə hədə-qorxu gələrək şəxsən özü əlimdən alıb…”

F.Kərimov prezident İlham Əliyevdən kömək istəyir və işinin obyektiv araşdırılmasını xahiş edir.

Cebhe.info





Həftənin ən çox oxunanları