Yuxarı

Bayram oldu, heç bilmirəm neyləyim...

Bayram oldu, heç bilmirəm neyləyim...

DSC_8032Novruz süfrəsi neçəyə başa gəlir?

"Novruz" fars sözü olub, "yeni gün" deməkdir. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin və xalqlarının İslama zidd olan adət-ənənələrə, bayramlara müsəlmanlığı qəbul edənlər tərəfindən riayət edilməsinin əleyhinə çıxdı. Müxtəlif məzhəblərin, xüsusən də şiə məzhəbinin nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa, ona "islami don" geyindirməyə cəhd göstərmişlər.

Hətta bəzi mövhumatçılar belə bir fərziyyə uydurmuşdular ki, Novruz bayramı guya IV xəlifə Həzrəti Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki Əli ibn əbu Talib iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər İslam dininə aid heç bir ehkamla bağlı deyil, əksinə İslamda qadağan olunan bir sıra ayinləri - odu müqəddəs saymağı, səməni qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətləri, qapı pusmağı və s. ehtiva edir. Novruz bayramının əsaslarının Zərdüştlük və ya Atəşpərəstliklə bağlı olduğu bu bayramda indiyədək qalmış ayinlərdə, xüsusən də odun müqəddəs sayıldığı ehkamlarda açıq-aydın görünür.

Qarşıdan isə məhz Atəşpərəstlərin bayramı olan Novruz bayramının gəlməsi, xalqımızın bu bayrama böyük təntənə ilə hazırlaşması bütün işbazları da hərəkətə gətirib. Təbii ki, son dönəmlər ölkə əhalisini yoxsullaşdıran manatın devalvasiyası  da məhsulların qiymətinə təsirsiz ötüşmədi. Hökumətin atdığı antidevalvasiya tədbirləri də heç kimi yerindən tərpətmədi. Yalnız tərpənən dolların məzənnəsi oldu.

Xalqımızın Novruza xüsusi önəm verməsi də danılmazdır. Hər kəs bayramı öz büdcəsinə uyğun tərzdə qeyd edir. Biz də bunu nəzərə alaraq normal bir ailə üçün bayram süfrəsi düzəltmək üçün lazım olan ədviyyatları siyahıya alıb yan aldıq şəhərin mərkəzində yerləşən bazarlara. Təxminən, alacaqlarımız 4 nəfərlik ailə üçün çox da bahalı olmayan bir sürfə üçün nəzərdə tutulub. Siyahını sizə təqdim edirik.

Öncə plov bişirmək üçün lazım olan ədviyyatlar:

1kq uzun düyü - 2 AZN

0.5 kq kişmiş - 4 AZN

0.5 kq şabalıd - 5 AZN

300 qr ərik -  3 AZN

200 qr alça qurusu - 2 AZN

1 kq Supersun - 3.5 AZN

1 butulka duru yağ - 2 AZN

1 qutu  duz - 0.4 AZN

1 qutu sarıkök - 0.2 AZN

1 qutu istiot - 0.3 AZN

1 kq soğan - 0.3 AZN

1 kq mal əti - 6 AZN

1 kq qoyun əti - 5 AZN

Şirniyyat süfrəsi üçün lazım olan çərəzlər:

1 kq qoz ləpəsi - 14 AZN

1 kq fındıq ləpəsi - 16 AZN

5 kq un - 2.5 AZN

25 yumurta - 3.5 AZN

2 kq şəkər - 2 AZN

Meyvə tərəvəz məhsulları:

1 kq Alma - 2.5 AZN

1 kq Armud - 3 AZN

1 kq Portağal - 2 AZN

1 kq Banan -2.5 AZN

İçkilər:

2 ədəd 1 litrlik fanta - 1.8 AZN

2 ədə 1 litrlik Coca-Cola - 1.8 AZN

Paytaxt salatı:

1 banka mayonez - 2 AZN

1 banka yaşıl noxud - 1 AZN

1 kq kartof - 1 AZN

1 kq kök - 2 AZN

1 banka xiyar turşusu - 5 AZN

1 kq təzə xiyar - 3 AZN

Xama - 1.2 AZN

5 dəstə göyərti - 1 AZN

1 ədəd çörək - 0.4 AZN

10 ədəd yuxa  -0.4 AZN

Xurma - 3 AZN

1 kq noğul - 1 AZN

1 kq şokolad - 7 AZN

Toplam: 113.3 AZN

Ölkə başçısının sərəncamı əsasında müəyyən edilmiş minimum əməkhaqqının 136 AZN olduğunu nəzərə alsaq, bir neçə günlük bayram üçün açılacaq bir sürfənin həcmi 113 manat 30 qəpik təşkil edirsə, o zaman mart ayı ərzində ailə 22.7 AZN-lə keçinməlidir...

Bayramınız mübarək...

Rövşən Əsədov





Həftənin ən çox oxunanları