Yuxarı

Metroda dərman satışı etiraz yaratdı

Metroda dərman satışı etiraz yaratdı

 

“Bakı Metropoliteni” QSC-nin stansiyalarında aptek açılması ideyası irəli sürülüb. Bildirilir ki, bütün stansiyalarda aptek fəaliyyətinə başlanılacaq. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev Cebhe.info-ya açıqlamasında deyib ki, “Bakı Metropoliteni” QSC olaraq stansiyalardan ticarət köşklərini ləğv edərkən bəyan etmişdi ki, gələcəkdə yeni ticarət yerləri ola bilər:

“Bu zaman sərnişinlərin hərəkətinə və təhlükəsizliyinə maneə olmamalıdır. Bəzi stansiyalarda təmir işləri aparılarkən əgər mümkün olsa, məhdud sayda bu cür yerlərin yaradılması planlaşdırılır. Hətta onu da bəyan etmişdik ki, məhdud sayda yaradılacaq belə yerlərdə gül, kitab, dərman ləvazimatları və xüsusi avtomat aparatlar ola bilər. Artıq bir müddətdir ki, bəzi stansiyalarda kitab və gül satışı həyata keçirilir. Nəriman Nərimanov stansiyasında da aptek açılması nəzərdə tutulub. Onu da bildirim ki, açılan yeni yerlərdə fəaliyyət göstərən sahibkarlar hazırda Əmlak Komitəsilə müqavilə imzalayırlar. Yəni metro dövlətin əmlakı olduğu üçün qarşı tərəf kimi Əmlak Komitəsi çıxış edir. Metropoliten bu məsələ ilə əlaqədar yalnız razılıq verə bilər”. İqtisadçı-ekspert Qadir İbrahimli isə bu məsə ilə bağlı iradlarını bildirib. Onun sözlərinə görə, Metropolitenin 2 il öncə təyin edilən rəisi Zaur Hüseynovun ilk işi metro ərazisindəki köşkləri yığışdırmaq oldu: “Arqument də bu oldu ki, metro sərnişin daşınması üçündür, ticarət üçün yox. Olsun, ancaq indi mertostansiyalarda aptek açmaq ideyası hardan yaranıb? Məgər dərman satışı ticarət sayılmır? Bəlkə dərmanları xeyriyyəçilik məqsədi ilə pulsuz paylayacaqlar?”

Alçina Amilqızı





Həftənin ən çox oxunanları